«Təsdiq edirəm»
                                                                                                                                                                             
Azərbaycan Respublikası
                                                                                                                                                                              Satınalmalar üzrə Dövlət
                                                                                                                                                                                Agentliyinin direktoru
                                                                                                                                                                             _________İ.Ə.Mehdiyev                                                                                                                                                                              «10 » fevral 2003-cü il
                                                                                                                                                                                 Əmr № 01-1

 

Azərbaycan Respublikasında xidmətlərin (məsləhətçi xidmətələrinin) dövlət satınalmalarının təşkili və həyata keçirilməsinə dair

METODİKİ TƏLİMAT

    

      l.Giriş
      Bu Təlimat «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun hazırlanıb, dövlət ehtiyacları üçün məsləhətçi xidmətlərinin satın alınmasında tətbiq olunur və qeyd olunan satınalmalar üzrə keçiribn müsabiqələrdə aşkarlıq, şəffalıq və iddiaçılara eyni münasibət prinsipləri əsasında keyfiyyətli və iqtisadi cəhətdən səmərəli xidmətlərin satın alınması təmin etmək məqsədiyini daşıyır.
      2.  Məqsəd
      Bu Təlimat üçün «məsləhətçilər» analyışı geniş sayda xüsusi və dövlət təşkilatları, o cümlədən məsbhətçi şirkətləri, layihə-kostruktor şirkətləri, tikinti işlərinin təşkilatçıları, idarəedici şirkətlər, satınalmalar üzrə agentləri, texniki baxış agentləri, audit şirkətləri, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatların orqanları, investisiya və ticarət bankları, universitetlər, elmi-tədqiqat institutları, dövbt təşkilatları, qeyri-hökümət təşkilatları və fiziki şəxslərə aid edilir. Satınalan təşkilatlar həmin qurumları müxtəlif növ fəailyyətin həyata keçirilməsi, o cümlədən iqitsadi siyasət sahəsində tövsiyyələrin hazırlanması, idarəetmə, layihə-konstruktor xidmətləri, tikinti işlərinin icrasıma nəzarət, maliyyə xidmətləri, satınalmaların təşkili xidmətləri, sosioloji və ekoloji tədqiqatlar və digər dövlət əhəmiyyətli layihəbrin hazırlanıb, yerinə yetirilməsi üçün cəlb edir.
      3. Ümumi müddəalar
      3.1.Satınalan təşkilat məsləhətçinin seçilməsi, müqvailənin təltif olunması, sonradan müqavilənin idarə edilməsinə görə məsuliyyət daşıyır və məsləhətçilərin seçilməsində aşağıdakı müddəalara əsaslanmalıdır:
      (a)keyfiyyətli xidmətləri əldə etmək;
      (b)səmərəlilik və qənaəti təmin etmək;
      (c)səlahiyyətli ölkələrdən olan ixtisaslı məsləhətçilərə xidmətlərin satın alınması üzrə keçirilən müsabiqəbrdə iştirak etmək üçün ədalətli rəqabət şəraitin yaradılması;
      (d) məsləhətçinin seçilməsi prosesində şəffaflığın təmin olunması.
      3.2.Məsbhətçilərin seçilməsi təklifm keyfıyyəti və təqdim olunan xidmətbrin dəyəri nəzərə alınmaqla aparıldıqda, yuxarıda qeyd olunan müddəaların yerinə yetirilməsi üçün qısa siyahıya daxil edilmiş ixitsaslı məsbhətçibr arasmda rəqabətin təmin oluması vacib amillərdən biridir.
      3.3.Aşağıdakı hallar istisna olmaqla, satınalan təşkilat məsləhətçi xidmətlərin satm almması zamanı «Dövlət satınalmaları haqqında» Qanunun V fəslində müəyyənləşdirilmiş satınalma metodundan istifadə edir:
      (a)  xüsusiyyətlərin müfəssəl tərtiləi əməli cəhətdən mümkün olduqda və satın alınan xidmətlərin texniki xarakterinə görə açıq tender prosedurlarının həyata keçirilməsi daha məqsədəuyğun olduqda;
      (b)    «Dövlət satınalmaları haqqında» Qanunun 18-21-ci maddələrində nəzərdə tutulmuş satınalma metodlarından istifadə edilməsi daha məqsədəuyğun olduqda, həm də onlardan istifadə şərtləri yerinə yetirildikdə.
      «Dövlət satınalmaları haqqında» Qanunun V fəslinin müddəaları yalnız təklifin keyfıyyəti əhəmiyyət daşıdığı mürəkkəb və xüsusi təyinatlı, yenilik tələb edən məsləhətçi xidmətlərinin satın alınmasında tətbiq olunur.
      3.4. Açıq tenderdən başqa digər satınalma metodlarının tətbiqi ilə məsləhət xidmətlərinin satınalınması Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı ilə həyata keçirilir. Bu təlimat əsasında satınalmarı məsləhətçi xidmətləri əqli və məsləhət xarakteri daşıyır və digər tərkibində fiziki işlər nəzərdə tutulan xidmətlərə tətbiq oluna bilməz (məsələn: obyektlərin tikintisi, malların istehsalı, qurğu və avadanhqların istismarı və texniki ximəti, kəşfiyyat qazma, aerofotoçəkiliş və peyk vastəsilə alınan şəkillər).
      4.Maraqların ziddiyyəti
      4.1. «Dövlət satınalmaları haqqında» Qanunun 13-cü maddəsinə əsaslanaraq Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan məsləhətəçilərin həmin təşkilat tərəfındən keçirilən satınalma prosedurlarmda iştirakına yol verilmir.
      4.2.Aşağıdakı şəxslər satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satmalmalarla əlaqədər digər vəzifələrin icraçısı ola bilməzlər:
      (a) satınalma prosedurlarmda iştirak edən iddiaçmm nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar;
      (b) satınalma prosedurlarmdan əvvəlki üç il ərzində satınalma prosedurlarmda iştirak edən iddiaçımn əməkdaşı və ya vəzifəli şəxsi olanlar.
      4.3.Məsləhətçinin, onun tabe olduğu baş müəssisənin və ya onun filialının (nümayəndəliyinin) əməkdaşı olan şəxslər məsləhətçi xidmətlərinin satın alınması prosedurlarma dair sənədlərin hazırlanmasına cəlb edilə bilməzlər. Bununla əlaqədar, məsləhətçilər digər satmalan təşkilatlar qarşısında mövcud və ya əvvəlki öhdəliklərinə zidd olan tapşırıqlarm icrasma cəlb oluna bilməzlər.
      5.Məsələhətçilərin dövlət satınalmalarında iştirakı
      5.1 Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı qismində iştirak edə bilərlər.
      5.2 Satınalan təşkilat malgöndərənlərin (podratçıların) satınalma prosedurlarında iştirakını dövlət mənsubiyyətinə görə məhdudlaşdırdıqda, buna əsas vermiş səbəbləri satınalma prosedurları haqqında hesabatda şərh etməlidir.
      6. Məsəlhətçilər birliyi
      6.1. Məsləhətçilər biliklərini artırmaq və ya hər hansı digər səbəblər əsasında birləşməlidirlər. Belə birliklər hər hansı tapşırıqdan asılı olmayaraq uzunmüddətli xarakter daşıyır və ya hər hansı kokret tapşırığın yerinə yetirilməsi üçün yaradılır. Bu birliklər müştərək müəssisə formasında və ya məsləhətçi xidmətlərinin icrasına subpodrat kimi formalaşdırıla bilər. Müşətərək müəssisə yaradıldıqda müqaviləni həmin müəssisənin bütün üzvləri imzalayır və onlar tapşırığm bütövlükdə icrasına görə birlikdə məsuliyyət daşıyırlar. Satınalan təşkilat məsləhətçilərdən hər hansı konkret şirkət və ya şirkətlər qrupu ilə birləşməyi tələb etməməlidir.
      7.  Kadrlann hazırlanması və biliklərin verilməsi
      7.1. Tapşırıq kadrların hazırlanması və satmalan təşkilatın mütəxəssislərinə biliklərin verilməsi kimi vacib amili əhatə etdiyi halda, texniki tapşırıqda kadrların hazırlanması proqramının məqsədləri, xarakteri, həcmi, o cümbdən müəllimlər və təlim keçənlər, veribcək biliklər, müddətlər, həmçinin nəzarət və qiymətləndirmə haqqında ətraflı məlumatları əhatə etməlidir. Kadrların hazırlanması proqramının dəyəri məsləhəçinin müqaviləsinə və tapşırığın smetasma daxil edilir.
      8. Müsabiqələrin sənədləşdirməinin aparılması dili
      8.1. İxtisas uyğunluğunun müəyyənləşdirilməsinə dair sənədlər toplusu, tenderin əsas şərtlər toplusu, təkliflərin, ofertaların və kotirovkaların cəlb olunmasına dair sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Zərurət olduqda qeyd olunan sənədbr beynəlxalq ticarətdə geniş istifadə olunan dillırin birinə tərcümə oluna bilər.
      9.  Məsləhətçinin işinin qiymətləndirilməsi
      9.1 Məsləhəçilər mövcud standartlara riayət etməklə yüksək səviyyədə tapşırıqları yerinə yetirməlidirlər. Məsləhətçilərin işinin qiymətləndirilməsi şirkətlərin qısa siyahısının tərtib olunmasında vacib əhəmiyyət daşıyır. Hər hansı məsləhətçiyə dəfələrlə qeyri kafi qiymət verildikdə, həmin məsləhətçiyə bildiriş göndərilir, işin qeyri kafi icrasının səbəbbrini izah etmək tələb olunur və səhvlərini düzəltmək üçün tədbirlər tövsiyyə edilir. Səhvlər aradan qaldırılmadıqda, satınalan təşkilat həmin məsləhəçini tapşırıqların icrasından müəyyən müddətə kənarlaşdıra bilər.
      9.2 Məsləhəçilər işlərinin nəticələrinin dəqiqiliyinə və məqsbul olmasına görə məsuliyyət daşıyırlar. Satınalan təşkilat tərəfindən məsləhətçilərin işinə nəzarət edildiyinə baxmayaraq, məsləhətçilərin hazırladığı sənədlərin son variantı yalnız qaraşılıqlı razılaşma əsasında dəyişdirib bilər. Məsləhətçi işlərə nəzarət etdikdə, onlara müstəqil mühəndis kimi tam sərbəstlik verilir və ya məsləhətçi satınalan təşkilatın müşaviri kimi qərarların qəbul olunmasında məhdud səlahiyyətlərə malik olur.
      10.  Dələduzluq və korrupsiya
      10.1. Dövlət satınalmalarıın tənzimləyən normativ-hüquqi sənədlərə uyğun müqavilələr əsasında işləyən məsləhətçilər müsabiqədə və müqavillərin icrasında etik normalara ciddi riayət etməlidirlər. Bununla əlaqədar satınalan təşkilat bu siyasəti apardıqda:
      (a)  bu maddənin məqsədbri üçün aşağıdakı anlayışlar qəbul olunur:
      -   «korrupsiya» - müsabiqədə və müqavibnini icrasında dövlət qulluqçusunun hərəkətinə təsir etmək məqsədib hər hansı qiymətli əşyanın təklif olunması, verilməsi, alınması və ya buna məcbur edilməsi;
      - «dələduzluq» - satınalan təşkilatın maraqlarına zidd olaraq müsabiqənin nəticəbrinə və ya müqavilənin icrası prosesinə təsir etmək məqsədib saxta sənədlərin təqdim olunması, o cümlədən qiymətlərin qaldırılması məqsədib məsbhətçilərin sövdələşmədə (təkliflər təqdim olunduqdan əvvəl və ya sonra) iştirak etməsi.
      (b)  müsabiqədə və ya müqavilənin təltif olunmasında hər hansı məsləhətçinin iştirak etməsi cəlb olunduqda, satmalan təşkilat həmin məbhətçinin təklifini kənarlaşdırır və onu qeyri müəyyən müddətə dövlət vəsaitbri hesabma keçirilən satınalma prosedurlarmda iştirakıın qadağan edir.
      11.  Keyfiyyət və dəyər əsasında məsləhətçilərin seçilməsi.
      11.1. Keyfiyyət və dəyər əsasında məsləhətçilərin seçilməsi çün, onların arasında müsabiqə təşkil olunur. Xidmətlərin dəyərinin bir amil tətbiq olunmasına səmərəli yanaşılmalıdır. Xidmətlərinin keyfiyyətinin və dəyərinin nisbi qiyməti hər hansı tapşırığm xüsusiyyətlərindən asılı olaraq müəyyənləşdirilir.
      11.2 Məsləhətçilərin seçilməsi prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
      a)Texniki tapşırığın hazırlanması;
      b)Xərclər smetasının və büdcənin hazırlanması (ehtimal olunan qiymət);
      c)Məsləhətçinin şirkətlərin siyahısının təsdiq olunması
      d)Elanların verilməsi;
      I.   Dəvət məktubu; II.   Məsləhətçilər üçün məlumat; III.   Satınalma müqaviləsinin forması;
      e)Təkliflərin təqdim olunması;
      f)Texniki təkliflərin qiymətləndirilməsi: keyfiyyətin nəzərə alınması;
      g)Maliyyə təkliflərinin qiymətləndirilməsi;
      h) Keyfiyyət və dəyərin son qiymətləndirilməsi;
      i)  Qalib məsləhətçiyə bildirişin göndərilməsi.
      12.  Texniki tapşırıq
      12.1. Satınalan təşkilat texniki tapşırığın hazırlanmasına görə məsuliyyət daşıyır. Satınalan təşkilatın bu sahədə ixtisaslı mütəxəssisləri olmadıqda texniki tapşırığın hazırlanmasına müstəqil ekspertlər cəlb oluna bilər. Məsləhətçilər tərəfindən təkliflərin hazırlanmasını asanlaşdırmaq məqsədilə texniki tapşırıqda tələb olunan xidmətlərin həcmi, məqsədləri və digər məlumatlar göstərilməlidir. Məqsəd hər hansı biliklərin verilməsi və ya kadrların hazırlanmasında ibarət olduqda, təlimlərdən iştirak edəcək mütəxəssislərin sayı ilə yanaşı bu barədə məlumatlar texniki tapşırıqda ətraflı qeyd edilməlidir. Texniki tapşırıqda tələb olunan xidmətlər və tədqiqatlar, həmçinin hazırlanacaq səndələr (məsələn: məruzələr, məlumatlar, xəritələr, tədqiqatlar haqqında hesabatlar) göstərilməlidir. Lakin məsləhətçilər tərəfindən öz üsul və mütəxəssilərini təklif edilməsini təmin etmək məqsədilə texniki tapşırıq həddindən artıq detalaşdırılmış olmamalıdır. Texniki tapşırıqda satınalan təşkilat və məsləhətçilərin öhdəlikləri dəqiq əks olunmaladır.
      13.  Ehtimal olunan qiymət
      13.1. Satınalan təşkilat müsabiqə başlanmasından əvvəl satın alacağı xidmətlərin ehtimal olunan qiymətini mövcud qanunvericiliyə əsasən müəyyənləşdirir. Ehtimal olunan qiymətə tapşırığın icrası üçün tələb olunan ehtiyatlar: adam-ayların sayı, təşkilati-texniki təminat və mövcud material-texniki ehtiyatlar (məsələn nəqliyyat vasitələri, laboratoriya avadanlıqları). Ehtimal olunan qiymətin hesabalanması iki böyük hissəyə bölünməlidir: (a) xidmətlərinin haqqının ödənilməsi və (b) əvəzi verilən xərclər, o cümlədən yeril və xarici xərclər. Yerli və xarici mütəxəssislərin iş vaxtmm dəyəri real rəqəmlər əsasında hesablanmalıdır.
      14.  Elanların verilməsi
      14.1. Satınalan təşkilat xidmət təkliflərini, o cümlədən məsləhət xidmətləri təkliflərini və ya müvafiq hallarda ixtisas uyğunluğunun müəyyənləşdirilməsi üçün təklifləri cəlb edərkən dövlət qəzetində bildiriş dərc etdirir. Bildirişdə satınalan təşkilatın adı və ünvanı, satın almacaq xidmətlərin qısa təsviri, təkliflər sorğusunun və ya ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərinin alınması üsulları və bunun üçün ödənilən haqqm (müəyyənləşdirilibsə) məbləği və digər məlumatlar göstərilir.
      14.2 Satınalan təşkilat açıq tender elanı verməklə yanaşı məsləhətçilərə tenderdə iştirak üçün fərdi dəvət göndərə bilər. Bu məqsədlə, tender komissiyası tərəfmdən kifayət qədər sayda (üçdən az olmamaq şərti ilə) potensial məsləhətçilərin siyahısı tərtib edilir və onlara fərdi dəvət göndərilir.
      15.  Təkliflərin təqdim olunması
      15.1 Satınalan təşkilat təkliflərin hazırlanması və təqdim olunması üçün məsləhətçilərə kifayət qədər vaxt verməlidir. Bu müddət konkret tapşırıqdan asılı olaraq müəyyənləşdirilməlidir.  Həmin müddət ərzində məsləhətçi  tender komissiyasma texniki tapşırığın izah edilməsi ilə bağlı sorğu verə bilər. Sorğu təkliflərin verilməsi müddətinin qurtarmasına azı 7 bank günü qalanadək verilməlidir. Satınalan təşkilat belə sorğulara təkliflərin verilməsi müddətinin qurtarmasına azı 5 bank günü qalanadək cavab verir. Bu cavab sorğu verənin ünvanı göstərilmədən, müsabiqədə iştirak edən bütün məsləhətçilərə göndərilir. Satınalan təşkilat texniki tapşınğın izah edilməsi ilə bağlı məsləhətçilərlə görüş keçirə bilər. Bu görüşün nəticələri protokollaşdırılır və nəzərə alınmaq üçün dərhal texniki tapşırığı almış bütün məsləhətçilərə göndərilir.
      15.2. Satınalan təşkilat təkliflərin verilməsinin son müddəti qurtaranadək texniki tapşırıqda öz təşəbbüsü ilə və ya hər hansı məsləhətçinin sorğusuna cavab olaraq dəyişikliklər və əlavələr edə bilər. Bu barədə məlumat dərhal texniki tapşırığı almış bütün məsləhətçilərə göndərilir. Dəyişikliklər və əlavələr məsləhətçilər üçün məcburi qüvvəyə malikdir. 15.3 Zərurət olduqda satmalan təşkilat təkliflərin təqdim olunmasmm son müddətini artıra bilər. Texniki və maliyyə təklifı birlikdə təqdim olunur. Təkliflərin təqdim olunmasınm son müddəti başa çatdıqdan sonra texniki və maliyyə təklifmdə hər hansı düzəlişlər edilə bilməz. Ədalətli rəqabəti təmin etmək üçün texniki və maliyyə təklifləri ayrı - ayrı zərflərdə təqdim olunmahdır. Təkliflərin təqdim olunmasmm son müddəti başa çatdıqdan sonra texniki təkliflər olan zərflər tender komissiyası tərəfındən dərhal açılır, maliyyə təklifləri isə qapalı qalır və məxfiliyin təmin edən şəraitdə saxlanıhr. Təkliflərin təqdim olunmasmın son müddəti başa çatdıqdan sonra daxil olan təkliflər açılmadan geri qaytarıhr.
      16.  Təkliflərin qiymətləndirilməsi: Keyfiyyə və dəyərin nəzərə alınması.
      16.1 Təkliflərin qiymətləndirilməsi iki mərhələdə aparılır: ilk növbədə təklifin keyfiyyəti, sonra isə dəyəri qiymətləndirilir. Texniki təkliflərin qiymətləndirilməsi başa çatmamışdan əvvəl maliyyə təkliflərinə tender komissiyası tərəfindən baxılmır. Bundan sonra məsləhətçilərin nümayəndələrinin iştirakı ilə maliyyə təklifləri açılır.
      17.  Keyfiyyətin qiymətləndirilməsi
      17.1 Satınalan təşkilat təklfinin keyfiyyətini bir neçə meyarı nəzərə almaqla qiymətləndirir:
      a) tapşırığın icrası üçün vacib əhəmiyyətə malik məsləhətçinin təcrübəsi;
      b) təklif olunan metodikanın keyfıyyəti;
      c) təklif olunan əsas işçilərin ixtisası;
      d) biliklərin verilməsi;
      e) tapşırığm icrasına cəlb olunan yerli mütəxəssislərin sayı. Bu meyarlarm hər birinə 1 - 100-dək nqisbi qiymət, sonradan bu nisbi qiymət qiymətləndirilir və bala çevrilir. Aşağıda göstərilən nisbi qiymətlər təqribi xarakter daşıyır və konkret vəziyyətdən asılı olaraq təskil edilir.


Məsləhətçinin konkret təcrübəsi

5-10

Metodika

20-50

Əsas işçi heyəti

30-60

Biliklərin verilməsi

0-10

Yerli mütəxəssilsərin iştirakı

0-10

      17.2    Bir qayda olaraq, satınalan təşkilat bu meyarları, submeyarlara bölür. Məsələn metodika meyarı innovasiya və detallaşdırma dərəcəsi submeyarlara bölünə bilər. Potensial imkanları olan iddiaçıların siyahısı təsdiq olunduğu zaman məsləhətçinin təcrübəsi nəzərə alındığı üçün bu meyara verilən xal azaldıla bilər. Mürəkkəb xidmətlərin satın alınmasında metodikaya daha çox nisbi qiymət verilə bilər.
      17.3   Yalnız əsas mütəxəssislərin qiymətləndirmək tövsiyyə olunur. Belə ki, son nəticədə işin keyfiyyətli yerinə yetirilməsini əsas mütəxəssislər təmin edir. Mürəkkəb xidmətlərin satın alınmasında bu meyara daha yüksək nisbi qiymət verilə bilər. Satınalan təşkilat təklif edilən əsas mütəxəssislərin ixtisası və təcrübəsini təqdim olunan ətraflı və dəqiq arayışlar əsasında qiymətləndirir. Bu arayışlar məsləhətçinin səlahiyyətli nümayəndəsi və mütəxəssis tərəfindən imzalanmalıdır.             Tapşırığın icrası yalnız əsas mütəxəssislərin təcrübəsindən asılı olduğu halda (məsələn, böyük sayda fıziki şəxslərə rəhbərlik edən, Layihə direktoru) müsahibənin aparılması tövsiyyə edilir.  Bu fiziki şəxslərin reytinqi aşağıda göstərilən və onlara aid funskiyalarm icrasında vacib əhəmiyyətə malik aşağıda göstərilən submeyarlar əsasında qiymətləndirilir:
      a) Ümıımi ixtisas: ümıımi təhsil və hazırlıq, iş stacı, əvvəlki vəzifələri, bıı məsləhətçi şirkətin işçisi kimi iş stajı və s.
      b) Tapşırığa uybunluq: təhsil, hazırlıq, tapşırığın icrası üçün bu sahədə vacib olan iş stajı;
      c) Bu regionda iş stajı: yerli mədəniyyət, inizbati sistem, dövlətin strukturu barədə məlumatın olması.
      17.4 Satınalan təşkilat hər bir təklifin texniki tapşırığa uyğunluğunu ayrıhqda yoxlamalıdır. Texniki tapşırığın vacib müddəalarına uyğun gəlməyən və minimal texniki bal toplamayan məsbhətçinin təklifi bu mərhəbdə kənarlaşdırılır.
      17.5 Texniki qiymətləndirmə proseduru başa çatdıqdan sonra satınalan təşkilat təkhflərin keyfıyyətinin qiymətləndirilməsinə dair hesabat hazırlayır. Bu hesabatda təkliflər müqayisə edilir, onların üstünlükləri və çatışmamazlıqları qeyd olunur. Qiymətbndirməyə aid bütün məlumatlar layihənin icrasının başa çatdırılmasına və onun auditor yoxlanılmasına qədər saxlanlır.
      18.  Dəyərin qiymətləndirilməsi
      18.1 Keyfıyyətin qiymətləndirilməsi başa çatdırıldıqdan sonra minimal texniki qiymət toplamayan və texniki şərtbrə uyğun olmayan təklif verən məsləhətçilərə satınalan təşkilat tərəfmdən bildiriş göndərməklə, onların maliyyə təkliflərinin müsabiqənin qalibi seçildikdən sonra açılmadan geri qaytarılacağı barədə məlumat verir. Minimal keçid balı toplayan məsləhətçilərə satınalan təşkilat tərəfindən bildiriş göndərilir. Həmin bildirişdə maliyyə təkliflərinin açılmasının tarixi və saatı göstərilir. Maliyyə təklifləri məsləhətçilərin nümayəndələrinin iştirakı ilə açılır və onların qiymətbri elan edilir. Maliyyə təklifləri açıldıqdan sonra hər bir məsləhətçinin keyfıyyətə görə aldığı bal elan olunur. Tender komissiyası təkliflərin açılması protokolunu tərtib edir və həmin protokol tender komissiyasının bütün üzvləri tərəfindən imzalanır.
      18.2 Bundan sonra satınalan təşkilat maliyyə təkliflərini öyrənir. Təkliflərdə hesablama səhvləri aşkar olunduqda, onlara düzəliş edilməlidir. Tender təkliflərinin qiymətləri iki ya daha çox valyuta ilə ifadə edilərsə, tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi məqsədilə tender komissiyası ayrı-ayrı valyutaları, tender təkliflərinin verilməsi gününə Azərbaycan Respublikası Milli Bankının müəyyənbşdirdiyi məzənnə əsas götürülməklə Azərbaycan manatına çevirir.
      18.3 Ən aşağı dəyərli təklifə 100 bal verilir, digər təkliflərin balları isə buna əks mütənasib olaraq hesablanır.
      19.  Keyfiyyət və dəyərin birlikdə qiymətləndirilməsi
      19.2 Təklifin ümumi balları müəyyənləşdirmək üçün kefiyyət və dəyərə görə verilən ballar toplanmalədır. Dəyərə verilən nisbi qiymət tapşırığın mürəkkəbliyinə və keyfıyyətin əhəmiyyətinə görə müəyyənləşdirilir. Yalnız keyfıyyət əsasında məsləhətçilərin seçilməsi istisna olmaqla dəyər meyarının qiyməti bir qayda olaraq 10-20 bal təşkil edir, lakin bu rəqəm 100 ballıq qiymətləndirmədə 30 baldan yüksək olmamalıdır. Bu meyarlar və onların nisbi qiyməti müsabiqə sənədbrində göstərilməlidir.
      20. Müqavilənin təltif edilməsi meyarları
      20.1 Müqavilənin yerinə yetirilməsini təmin etmək üçün ixtisash sayılan məsbhətçinin təklifı tələblərə kifayət qədər cavab verən və ən az qeydiyyat dəyərinə malik olduğu müəyyənləşdirilərsə Satınalan təşkilat bu məsləhətçinin təklifmi aksept edir. Məsləhətçi təklif etdiyi əsas mütəxəssislərin siyahısını satınalan təşkilatın rəsmi razılığı olmadan dəyişdirə bilməz. Məsləhətçi mütəxəssislərlə razılaşdırmadan, onların adlarını öz təklifinə daxil etdikdə həmin məsləhətçi müsabiqədən kənarlaşdırıla və qiymətləndirməinin nəticələrinə görə ikinci yeri tutmuş məsbhətçinin təklifi askept və ya yeni müsabiqə elan edə bilər. xidmətləri göstərəcək mütəxəssislərin siyahısı təqdim olunduğu zaman həmin
      20.2 Tender təklifinin qüvvədə olma müddəti bitənə qədər hər hansı tender təklifinin aksept olunması haqqında qərar qəbul olunduqdan sonrakı 3 bank günü müddətində qalib gəlmiş məsbhətçiyə Satınalan təşkilat yazılı şəkildə sifarişli məktub və ya teleks, ya da faksla bildiriş göndərir. Müqavilənin aksept olunması haqqında bildiriş müqavilənin bir hissəsi hesab olunur.
      20.3 Müqavilə bağlandıqdan sonrakı 3 bank günü ərzində Satınalan təşkilat keçirilən seçki haqqında elan verməklə, qalib məsləhətçinin adını, onun təklifinin qiymətini, ünvanını bildirir.
      20.4 Satınalan təşkilat qalib məsbhətçiyə onun təklifinin aksept olunması haqqında bildirişb eyni zamanda tərəflər arasmda nəzərdə tutulmuş razılaşmalar daxil olmaqla, satınalma müqaviləsini də göndərir.
      20.5 Müqavilənin aksept olunması haqqında bildirişi aldıqdan sonrakı 5 bank günü ərzində qalib məsbhətçi müqaviləni imzalamalı, onun tarixini qoymalı və müqavibnin yerinət yetirilməsinini təminatı birlikdə satınalan təşkilata qaytarmalıdır. Məsləhətçi bu maddənin şərtlərini yerinə yetirə bilmirsə yaranmış vəziyyət müqavilənin aksept olunmasının geri çağırılması və təklifin təminatının tutulması üçün kifayət qədər əsas verir; belə olan halda qiymətləndirmənin nəticələrinə görə ikinci yeri tutmuş məsləhətçinin təklifi askept və ya yeni müsabiqə elan edə bilər.
      21. Satınalan təşkilatm istənilən təklifi qəbul etmək, hər hansı və ya bütün tender təkliflərinin rədd etmək hüququ.
      21.1. Məsbhətçilərin qarşısında heç bir cavabdehlik daşımadan Satınalan təşkilat təklif aksept olunana qədər istənibn təklifi qəbul etmək və ya geri qaytarmaq, habelə tender prosesinin dayandırılması və istənilən vaxtı bütün təkliflərdən imtina etmək hüququnu özündə saxlayır. Satınalan təşkilat təkliflərdən imtina etdikdə öz hərəkətinin səbəbbrini bütün məsbhətçibrə bildirir.
      22. Məxfılik
      22.1 Satınalan təşkilat xidmət təklifbrinə elə tərzdə baxır ki, onlarm məzmununun bir-biri ilə rəqabət aparan xidmət göstərənbrə məlum olmasına yol verilməsin. Aparılan hər hansı danışıq məxfi xarakter daşıyır və danışıqlarda iştirak edən tərəflərin heç biri qarşı tərəfin razılığı olmadan bu danışıqlara aid olan məlumatları, o cümbdən qiyməti, texniki və ya digər məlumatları üçüncü şəxslərə açıqlamır.
      23. Keyfiyyət əsasında məsləhətçinin seçilməsi
      23.1   «Dövlət satınalmaları haqqında» Qanunun V fəslinə uyğun olaraq keyfiyyət üzrə məsləhətçiblərin seçilməsi aşağıdakı hallarda tətbiq olunur:
      a) xüsusiyyətlərin müfəssəl tərtibi əməli cəhətdən mümkün olmadıqda və satın alınan xidmətlərin texniki xarakterinə görə açıq tender prosedurlarının həyata keçirilməsi qeyri mümkün olduqda;
      b) son nəticənin əldə olunması baxımından ən yüksək səviyyəli ekspertlərin cəlb olunması məqsədib xüsusi xarakterli xidmətlərin satın almması (məsələn: böyük həcmli su anbarları kimi iri infrastruktur obyektlərinin layihələndirilməsi və texniki-iqtisadi əsaslandırılmasının hazırlanması, dövlət əhəmiyyətli iqtisadi siyasətin tədqiq olunması, böyük dövlət qurumlarının idarə olunmasının tədqiqi)
      23.2  Keyfiyyət əsasında məsləhətçinin seçilməsi üçün yalnız texniki təklif və ya müxtəlif zərflərdə texniki və maliyyə təklifləri sorğu edilə bilər.
      23.3 Məsləhətçilərdən birinci mərhələdə yalnız texniki təkliflər cəlb olunduqda, satınalan təşkilat qiymətləndirmə nəticəsində ən çox bal toplamış məsləhətçilərdən ətraflı maliyyə təklifini sorğu edir. Məsləhətçilərdən texniki və maliyyə təklifləri eyni zamanda cəlb olunduğu halda, yalnız texniki təkliflər olan zərflər açılır və qiymətləndirmə aparılır. Bundan sonra minimal keçid balını toplamış məsləhətçilərin maliyyə təklifı açılır, digər məsləhətçilərin maliyyə təklifləri isə açılmadan geri qaytarılır.
      24. Birbaşa cəlbetmə
      24.1. Birbaşa cəlbetmə qənaət və səmərəlilik baxımında zəruridirsə, satınalan təşkilat Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı ilə aşağıdakı hallarda məsləhətçiləri cəlb edir:
      a) satın alınan xidmətlər yalnız məhdud saylı xidmət göstərənlərdə vardır, bu şərtlə ki, onların hamısından təkliflər cəlb edilsin;
      b) çoxsaylı təkliflərə baxılmasına və onların qiymətləndirilməsinə sərf olunacaq vaxt və xərclər satın alınacaq xidmətlərin qiyməti ilə mütənasib deyildir, bu şərtlə ki, səmərəü rəqabətin təmin olunması üçün azı 3 (üç) xidmət göstərəndən təkliflər cəlb edilsin;
      c) birbaşa cəlbetmə məxfiliyin təmin olunmasının yeganə yoludur və ya dövlətin maraqları baxımından zəruridir, bu şərtlə ki, səmərəli rəqabətin təmin olunması üçün azı 3 (üç) xidmət göstərəndən təkliflər cəlb edilsin.
      25. Ən aşağı qiymət əsasında məsləhətçinin seçilməsi.
      25.1 Bu üsul bir qayda olaraq, standart xarakter daşıyan məsləhətçi xidmətlərin (auditor yoxlamaları, sadə obyektlərin texniki layihələndirilməsi və s.) satın alınmasında tətbiq olunur. Bu üsul çərçivəsində keyfiyyətə görə minimal keçid balı müəyyənləşdirilir. Məsləhətçilərdən təkliflər iki müxtəlif zərfdə cəlb olunur. Birinci mərhələdə texniki təkliflər açılır və qiymətləndirilir. Minimal bal toplamayan təkliflər kənarlaşdırılır. İkinci mərhələdə minimal keçid balı toplamış təkliflər (üçdən az omamaq şərti ilə) açılır və ən aşağı qiymət təklif etmiş məsələhətçi müsabiqənin qalibi seçilir. Minimal balın müəyyənləşdirilməsi üsulunun tətbiqində nəzərə alınmalıdır ki, minimal keçid balmı toplamış məsləhətçilər yalnız qiymət meyarı əsasmda rəqabıt aparırlar. Minimal keçid balı müsabiqənin şərtlər toplusunda göstərilməlidir.
      26. Ixtisas uyğunluğu əsasında məsləhətçilərin seçilməsi.
      26.1 Bu üsul yalnız kiçik həcmli tapşırıqların satın alınmasında tətbiq edilir. Satınalan təşkilat məsləhətçilərin siyahısını müəyyənləşdirir və onlardan təcrübələri, ixtisas göstəriciləri haqqında məlumatları cəlb edir. Bundan sonra ixtisas göstəriciləri müqavilənin icrası üçün uyğun olan məsləhətçilər (üçdən az omamaq şərti ilə) seçilir. Həmin məsləhətçilərə texniki və maliyyə təkliflərini hazırlayıb təqdim etmək təklif olunur.
      27. Xüsusi kateqoriyalar aid məsləhətçilərin seçilməsi.
      27.1 BMT-nin orqanlarının məsləhətçi qismində cəlb olunması. Texniki kömək və tövsiyyələr vermək üçün müvafıq sahədə ixtisası olan BMT-nin orqanları məsləhətçi xidmətlərin göstərilməsinə cəlb oluna bilər. Lakin müsabiqədə, digər məlsəhətçilərlə müqayisədə onlara hər hansı üstünlük verilməməlidir. Buna baxmayaraq, satınalan təşkilat BMT-nin orqanları və əməkdaşlarma beynəlxalq konvensiyalar əsasmda verilmiş xüsusi güzəştləri qəbul edə bilər. Belə güzəştlər təkliflərin qiymətləndirilməsində nəzərə alınır və neytrallaşdırılır.
      27.2 Satınalma üzrə ekspertlər. Satınalmaların təşkili üçün müvafiq strukturu, ehtiyatları və təcrübəsi olmadıqda satmalan təşkilat bu işlərin icrasında ixtisaslaşmış satınalma ekspertlərini cəlb edə bilər. Bir qayda olaraq, satınalma ekspertləri, təşkilinə cəlb olunduqları satınalma predmetinin dəyərinin müəyyən faizi və ya təsbit olunmuş məbləğdə vəsait alırlar. Belə məsləhəçilərin seçilməsində keyfıyyət və dəyər əsasmda müsabiqə üsulu tətbiq ounur və qiymət meyarına 50 bala qədər nisbi qiymət verilir.
      27.3  Texniki baxış üzrə ekspertlər. Mallar göndərilməmişdən əvvəl və ya təyinat məntəqəsinə çatdırılandan sonra satmalan təşkilatm mülahizəsinə əsasən mallara texniki baxış və ya sertifıkasiyası üçün inspeksiya ekspertləri cəlb oluna bilər. Belə texniki baxış keçirildikdə malların keyfıyyəti və kəmiyyəti yoxlanılır, həmçinin qiymətlərin mövcud bazar qiymətlərinə uyğunluğu araşdırılır. İnspeksiya ekspertləri kefiyyət və qiymət üsulu ilə seçilir, müqavilədə həmin ekspertlərə yoxlaıllmış və sertifıkasiya etdiyi mallarm dəyərinin müəyyən faizi məbləğində vəsaitin ödənilməsinin nəzərdə tutulur.
      27.4 Banklar. Satınalan təşkilatlar aktivlərin istifadə olunması, korporativ maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün investisiya və kommersiya bankları, maliyyə fırmaları və fondların təşkilatçıları keyfıyyət və qiymət üsulu əsasında seçilir. Texniki tapşırıqda müvafıq işlərin icrası üçün vacib olan qiymətləndirmə meyarlan (məsələn, analoji tapşırıqların icrası təcrübəsi və ya potensial alıcılarm mövcudluğu) və xidmətlərin dəyəri göstərilir.
      27.5 Auditor şirkətləri. Bir qayda olaraq, auditor şirkətləri qəbul olunmuş texniki tapşırıqlar və standartlar əsasında auditor xidmətlərini göstərir. Auditor şirkətlərinin seçilməsi keyfıyyət və qiymət üsulu əsasmda qiymət meyarına 50 bala qədər nisbi qiymət verilməklə və ya aşağı qiymət üsulu ilə aparılır.
      27.6 Xidmət göstərən podratçılar. Sosial sahədə həyata keçirilən layihələr müqavilə əsasında xidmət göstərən böyük sayda fiziki şəxslərin (məsələn sanitarlar və orta tibb personalı kimi sosial işçilər) cəlb olunmasmı nəzərdə tuta bilər. Müsabiqənin şərtlər toplusunda həmin şəxslərin vəzifə təlimatları, minimal ixtisas tələbləri, seçim meyarları göstərilməlidir.