Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi 40, Hökümət Evi, giriş-3, mərtəbə-2, tel. (99412) 93-20-15
Law
Tender
Currency
Training
E-Tender
Forum
FAQ
Publications
Links
Home
Home
hesabat

«Azərbaycanda dövlət satınalmalarının təşkilində elektron
satınalmaların tətbiqi» mövzusunda keçirilən seminarın

P R O Q R A M I

Tədris müddəti: 36 saat, 5 gün.

Mövzuların adı

Saatların miqdarı

Cəmi:

O cümlədən:

mühazirə

məşğələ

1.

Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi baza.

2

2

-

2.

Dövlət satınalmalarının planlaşdırılması, bazarın marketinq tədqiqatı, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi.

2

2

3.

Satınalma metodları və onların tətbiqi şərtləri. Malların, işlərin və xidmətlərin satm alınması, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi proseduru.

4

4

4.

Satınalmaların təşkili, müsabiqə sənədlərinin hazırlanması, tender təkliflərinə dair tələblərin, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi, iddiaçıların cəlb olunması, satınalma prosedurlarının keçirilməsi.

4

2

2

5.

Malların satın alınmasının əsas xüsusiyyətləri

2

1

1

6.

Tikinti işlərinin satın alınmasının spesifık xüsusiyyətləri, texniki spesifikasiyaların hazırlanması.

2

1

1

7.

Xidmətlərin satın alınması

2

1

1

8.

Dövlət satınalmalarında tələb olunan standartlar, Beynəlxalq terminlər «İNKOTERMS»

2

2

-

9.

Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi.

4

2

2

10.

Satınalma müqavilələri, müqavilənin forması və şərtləri.

2

1

1

11.

Elektron dövlət satınalmalarının tətbiqi

4

2

2

12.

Satınalmalarda mübahisəli məsələlər və onların həlli.

2

1

1

13.

Satınalmaların səmərəlilik elementləri

2

2

-

14.

Dövlət satınalmalarında potensial imkanlı malgöndərənlərin (podratçıların) qiymətləndiriləsi meyarları

2

2

 

Cəmi

36

25

11

SABİRABAD RAYONUN ÜMUMİ XARAKTERİSTİKASI VƏ BƏZİ İQTİSADİ GÖSTƏRİCİLƏRİ.

      -Rayonun inzibati-ərazi, coğrafl və iqtisadi vəziyyəti:
      -Rayonun yaranma tarixi: 08 avqust 1930-cu il
      -Ərazisi: 1469,4 kv. km
      -Əhalisi: 147,1 min nəfər
      -Rayon mərkəzinin adı və əhalisinin sayı: Sabirabad şəhəri, əhalisi 28,5 min nəfər Coğrafı və iqlim şəraiti: Sabirabad rayonu Muğan, Şirvan və Mil düzlərini əhatə etməklə Kür və Araz çaylarının qovuşduğu yerdə, Mərkəzi aran zonasında, Bakı şəhərindən 170 km aralı məsafədə yerləşir.Yay fəsli quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi var. Əsas çayı rayonun ərazisindən keçən Kür və Araz çaylarıdır. Sarısu göllərinin bir hissəsi rayonun ərazisində yerləşir. Rayonda əsasən boz-çəmən torpaqları yayılmışdır.
      -Aid olduğu iqtisadi rayon: Aran iqtisadi rayonu. Sabirabad rayonu ölkə ərazisinin 1,7 faizini, Aran iqtisadi rayonunun 6,8 faizini, ölkə əhalisinin 1,7 faizini, Aran iqtisadi rayonunun 8,3 faizini təşkil edir.
      -İqtisadiyyatın üstün inkişaf etdirilən sahələri: Rayonun iqtisadiyyatının əsasmı kənd təsərrüfatı və sənaye təşkil edir.
      Rayon daxili yollar: 325 km
                                                Rayonun sosial-iqtisadi göstəriciləri:
      2007-ci ildə ümumi məhsul buraxılışı (ÜMB) 2006-cı ilə nisbətən 22,7 faiz artaraq 127,6 min manat olmuşdur. Ümumi məhsul buraxılışının 75,2 milyon manatlığını kənd təsərrüfatı, 4,7 milyon manatlığını isə sənaye məhsulu təşkil etmişdir. Parakəndə əmtəə dövriyyəsi 2006-cı ilə nisbətən 39 faiz artaraq 91,3 manat olmuşdur.
      2007-ci ildə 48 yeni müəssisə yaradılmışdır. 2004-2008-ci illərdə rayonda həyata keçiriləcək tədbirlər nəticəsində 10218 iş yerinin açılması nəzərdə tutulmuşdur. 01 oktyabr 2003-cü il tarixdən 01 yanvar 2008-ci ilə kimi açılmış 11615 iş yerlərindən 4211-i yeni, 568-i bərpa, 2447-i müvəqqəti, 4389-u isə mövsümidir. 2007-ci ildə 3631 iş yeri açılmışdır ki, bundan 1351-i yeni, 593-ü müvəqqəti, 1787-si isə mövsümidir.
      Şəhərin mərkəzində H.Əliyev adına parkda yenidənqurma işləri apanlır. H.Əliyev abidə-muzey kompleksinin tərkibində olan muzeyin yerində yeni müasir tələblərə cavab verən muzey inşa olunur. M.Ə.Sabirin abidəsi ətrafmda abadlıq işləri aparılmışdır. Şəhərin 18 küçəsinə 18,6 km uzunluqda məsafəyə asfalt döşənmişdir. 170 km uzunluqda isə kəndarası yollarda cari təmir işləri aparılmışdır.
      Kənd əhalisini içməli suya olan tələbatını ödəmək məqsədilə rayonun Əlicanlı, Qaralar, Muradbəyli, Qasımbəyli, Güdəcühür və Surra kəndlərində sutkada 20-30 ton su durulducu qurğu quraşdırılır. Gələcəkdə bu iş rayonun əksər kəndlərində də aparılacaqdır.
      M.Hümbətov küçəsində 250 diametrli borularla 700 metr məsafəyə və H.Aslanov küçəsində 690 metr məsafəyə yeni kanalizasiya xəttləri çəkilərək kanalizasiya sisteminə qoşulmuşdur. Magistral xəttin 1700 metr məsafəsi 400 mm-lik politelen borularla əvəz olunmuşdur.
      Əlillər və şəhid ailələri üçün 16 və 24 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir. Əlavə olaraq 16 mənzilli yaşayış binası inşa edilir.
      Mürsəlli kəndində müasir üslubda yeni Tibb məntəqəsi tikilərək əhalinin istifadəsinə verilmişdir. Mərkəzi Rayon Xəstəxanasının binasında Təcili Yardım Stansiyası üçün 5 palata və 3 yardımçı otaq ayrılmışdır. Burada əsaslı təmir işləri aparılaraq əhalinin istifadəsinə verilmişdir. Stansiya ildə 13-14 min nəfər xəstə qəbul etmək imkanmdadır. Rayonun Kür çayına yaxın hissəsində «Şam» istirahət və sağlamhq mərkəzi yaradılır. Burada xəstələrə müxtəlif növ səhiyyə xidməti göstəriləcəkdir. Bundan əlavə Mərkəzi Rayon Xəstəxanasının mühasibatlığında, ginekologiya, nevrologiya şöbələrində, rentgen kabinetində və uşaq məsləhətxanasmda əsaslı təmir işləri aparılmışdır. MRX-nın binasında qapı və pəncərələr yeniləri ilə əvəz olunmuşdur. Nərimankənd həkim ambulatoriyasında, Yastıqobu, Xəlfəli və       Şıxlar feldşer-mama məntəqələrində əsaslı təmir işləri aparılmışdır. Tarix-diyarşünaslıq muzeyində, Musiqi məktəbində, Zəngənə, Əsədli, Quruzma, Azadakənd və Qarağac kənd kitabxanalarında əsaslı təmir işləri aparılmışdır. Hazırda Heydər Əliyev adına Mədəniyyət sarayında əsaslı təmir işləri aparılır. Sarayda bütün inventar və texniki avadanlıqlar yenisi ilə əvəz olunacaqdır.
      150 şagird yerlik Kürkəndi, 100 şagirdlik Əsgərbəyli kənd əsas məktəb binalarının və Nəsimi kənd əsas məktəbdə isə 40 şagirdlik 2 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Əsədli, Əlicanlı kənd orta, Balakənd, Axtaçı kənd əsas, Balahəşimxanlı kənd ibtidai məktəblərində, Çölbeşdəli, Xəlfəli kənd uşaq baxçalarında və Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzinin binasında əsaslı təmir işləri aparılmışdır. Daxili imkanlar hesabına Azadakənd və Yolçubəyli kənd ibtidai məktəbləri, Bulaqlı bələdiyyəsi tərəfındən isə Bulaqlı kənd orta məktəbində əsaslı təmir işləri aparılmışdır.
      Dəqiqədə 2,5 kv. metr alkapon istehsal edən «Qafqaz AKP»MMC, saatda 30 ton sement istehsal edən «Muğan Sement»MMC, saatda 10 ton diyircəkli şpakilovka, bentonid və 200 kv. metr plitə istehsal edən «Muğan-2»MMC, ildə 200 ədəd sərnişin və yük liftləri, ildə 50 ədəd «VEKS-30», «VEKS-40» və «VEKS-50» markalı ekskovator istehsal edən, ildə 20 milyon ədəd müxtəlif növ kisə istehsal edən «Qafqaz Yumşaq Tara fabriki» MMC yaradılmışdır.
                                                                Problemlər:            
      2005-ci   ildə   quraşdırılnrış elektrik sayğaclar istifadəyə   tamamilə  yararsızdır.
      Sayğacların yenisi ilə əvəz olunmasına, rayon mərkəzində salınmış yeni yaşayış massivlərinə və təbii qaz xətti çəkilməmiş kəndlərə qaz xəttlərinin çəkilməsinə zəruri ehtiyac vardır.
      Rayonda fəaliyyət göstərən 85 məktəbdən 45-i (53 faizi) uyğunlaşdırılmış binalarda yerləşir və əsaslı təmirə ehtiyacları vardır. Hər 10 min nəfərə 11,4 həkim və 31,8 orta tibb işçisi düşür. 54 kənd ərazisində tibb müəssisələrinin tikintsinə və 19 tibb müəssisələrinin əsaslı təmirinə ehtiyac vardır.
      31350 ev təsərrüfatlarından 12,5 faizi qaz, 19,l faizi su xəttinə qoşulmuşdur. Şəhər ev təsərrüfatlarının hamısına su xətti çəkilmiş, 19,8 faizi isə kanalizasiya xəttinə qoşulmuşdur. Rayonda 2 yaşayış binası istisna olmaqla istilik sistemi yoxdur. 2007-ci ildə RİHB aparatına 1299 ərizə və şikayət daxil olmuşdur. (2006-cı ildə 1400 ərizə). RİH başçısı tərəfındən 1038 nəfər qəbul olunmuşdur. (2006-cı ildə 2025). İcra Hakimiyyətinə torpaq 209 ədəd (16,1 faiz), mənzil 198 ədəd (15,2 faiz), enerji 71ədəd (5,5 faiz), qaz 40 ədəd (3,1 faiz), su 18 ədəd (1,4 faiz), işsizlik əmək haqqı 49 ədəd (3,7 faiz) və digər sosial problemlər 714 ədəd (55 faiz) olmuşdur.
      Rayon mərkəzindəki küçələr, kənd arası və kənd arası avtomobil yolları bərbad vəziyyətdədir. Həmin yollarda əsaslı təmir işləri aparılmasına ehtiyac vardır.