|
«Azərbaycanda dövlət satınalmalarının təşkilində elektron
satınalmaların tətbiqi» mövzusunda keçirilən seminarın
P R O Q R A M I
Tədris müddəti: 36 saat, 5 gün.
№ |
Mövzuların adı |
Saatların miqdarı |
Cəmi: |
O cümlədən: |
mühazirə |
məşğələ |
1. |
Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi baza. |
2 |
2 |
- |
2. |
Dövlət satınalmalarının planlaşdırılması, bazarın marketinq tədqiqatı, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi. |
2 |
2 |
3. |
Satınalma metodları və onların tətbiqi şərtləri. Malların, işlərin və xidmətlərin satm alınması, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi proseduru. |
4 |
4 |
4. |
Satınalmaların təşkili, müsabiqə sənədlərinin hazırlanması, tender təkliflərinə dair tələblərin, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi, iddiaçıların cəlb olunması, satınalma prosedurlarının keçirilməsi. |
4 |
2 |
2 |
5. |
Malların satın alınmasının əsas xüsusiyyətləri |
2 |
1 |
1 |
6. |
Tikinti işlərinin satın alınmasının spesifık xüsusiyyətləri, texniki spesifikasiyaların hazırlanması. |
2 |
1 |
1 |
7. |
Xidmətlərin satın alınması |
2 |
1 |
1 |
8. |
Dövlət satınalmalarında tələb olunan standartlar, Beynəlxalq terminlər «İNKOTERMS» |
2 |
2 |
- |
9. |
Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi. |
4 |
2 |
2 |
10. |
Satınalma müqavilələri, müqavilənin forması və şərtləri. |
2 |
1 |
1 |
11. |
Elektron dövlət satınalmalarının tətbiqi |
4 |
2 |
2 |
12. |
Satınalmalarda mübahisəli məsələlər və onların həlli. |
2 |
1 |
1 |
13. |
Satınalmaların səmərəlilik elementləri |
2 |
2 |
- |
14. |
Dövlət satınalmalarında potensial imkanlı malgöndərənlərin (podratçıların) qiymətləndiriləsi meyarları |
2 |
2 |
|
Cəmi |
36 |
25 |
11 |
"Azərbaycanda dövlət satınalmalarının təşkilində elektron satınalmaların tətbiqi" mövzusunda 5 günlük seminara dəvət olunmuş şəxslərə dair
MƏLUMAT
S/s |
Təşkilatın adı |
Mühasibin adı, familiyası, atasının adı |
1. |
Rayon Icra Hakimiyyəti |
Pənahəliyev Şirzad Soltan |
2. |
Rayon Təhsil Şöbəsi |
Mustafayeva Laura Omər |
3. |
Şəhiyyə Şöbəsi |
Qunduzova Xədicə Abdulməcid |
4. |
Mədəniyyət Şöbəsi |
Çobanov Ramazan Abdurəhim |
5. |
Tnternat məktəbi |
Həbilov Zöhrab Həmzət |
6. |
Əhalinin Sosial Müdafıəsi Mərkəzi |
Yetimova Kəmalə Adil |
7. |
Gənclər-Idman Idarəsi |
Şəlimova Səmayə Zahid |
8. |
Şəhər IN |
Alqayeva Mədinə Harun |
9. |
Qəsəbə IN |
Uruxova Rəisət Nürəddin |
10. |
QullarKIN |
Kaltayeva Hürübel Calaldin |
11. |
Gərəkli KIN |
Orucova Xanım Hacımahama |
12. |
Mahamalar KIN |
Ceerçiyev Reyhan Uveys |
13. |
Katex KIN |
Dibirova Məryəm Nürəddin |
14. |
Püştətala KIN |
Sofıyeva Reyhan Aslan |
15. |
Kortala KİN |
Kosayeva Rahilə Səiddin |
16. |
Ititala KIN |
Dikanayeva Sonna İbrahim |
17. |
Tülü KIN |
Musayeva Çiçək Mussa |
18. |
Talalar KİN |
Qurbanova Cəmilə Əli |
19. |
Hənifə KIN |
Mehdiyeva Rəna Məhəmməd |
20. |
Qazma KIN |
Xəlilova Şaidət Tacəddin |
21. |
Sarıbulaq KIN |
Varşayeva Umnisə Məhəmməd |
22. |
Şambul KIN |
Bazarov Həmid Qazımahama |
23. |
Meşəşambul KIN |
Murtuzov Elxan Zumrat |
24. |
Qaysa KIN |
Çöpsiyeva Rəisət Tələt |
25. |
ŞərifKIN |
Şeyixova Mehriban Ramazan |
26. |
YeniŞərifKIN |
Şamilova Minayə Həsin |
27. |
Xalatala KIN |
XəlilovaZiyafət Xəlil |
28. |
Rayon Icra Hakimiyyəti |
Axundov Qasım Əsgər |
29. |
Şəhər bələdiyyəsi |
Sultanova Patimat Şəmsəddin |
30. |
Maliyyə Idarəsi |
Xodayev Nemət Həsən |
31. |
Rayon təhsil şöbəsi |
Kərimov Seyfulla Ramazan |
32. |
Rayon səhiyyə şöbəsi |
Uluxanov Akif Hümbət |
33. |
Rayon mədəniyyət şöbəsi |
Seyidova Ruqiyyə Abdulcəlil |
34. |
Gənclər və idman idarəsi |
Paçalov Rasim Əyyub |
35. |
Sosial müdafiə mərkəzi |
Xanlayeva Küsü Məhəməli |
36. |
Sosial müdafiə fondu |
Muradova Nəzakət Murad |
37. |
Maliyyə idarəsi |
Mikayılov Mahir Əhmədullah |
38. |
Gigiyena və epidemiologiya mərkəzi |
Mustafayev Qəhrəman Abduxalıq |
39. |
Rayon poçtamtı |
Zalxayev Osif Nurmahama |
40. |
Telekommunikasiya qovşağı |
Əliyev Nizami Əhməd |
41. |
Su kanal idarəsi |
Varşayev Elşad Yəhya |
42. |
Balakən elektrik şəbəkəsi |
Abbasov Rəhim Isfəndiyar |
43. |
Rayon baytarlıq idarəsi |
Abdullayev Mahir Ismixan |
44. |
Suvarma sistemləri idarəsi |
Xoçberov Məhəmməd Dibirov |
45. |
Təbii qaz istismar sahəsi |
Əhmədov Azad Bahaddin |
46. |
51 saylı yol istismar MMC |
Bayramov Məhəmməd Qulu |
47. |
Balakən Aviasiya mərkəzi |
Süleymanov Məhyəddin |
48. |
Məşğulluq mərkəzi |
Məmmədov Əhmədalı |
Balakən rayonu haqqında qısa MƏLUMAT
Rayon icra hakimiyyətinin başçısı Məmmədov Asif Salman oğlu 07 aprel 2006-cı il tarixdən işləyir. Rayonun ərazisi 934 km2, əhalisi 88,3 min nəfərdir. 1 şəhər, 1 qəsəbə və 59 kəndi vardır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 aprel 2006-cı il tarixdə Balakən rayonuna səfər etmişdir.
1. Sosial-iqtisadi göstəricilər:
2007-ci ildə ümumi məhsul buraxılışı (ÜMB) əvvəlki ilə nisbətən 43,7 % artaraq
84872.4 min manata çatmışdır. 2007-ci ildə kənd təsərrüfatı məhsulları istehsalı 2006-cı ilə
nisbətən 11,8 %, 2003-cü ilə nisbətən 2,2 dəfə artmışdır. Tikinti quraşdırma işləri 2007-ci ildə
2006-cı ilə nisbətən 3,6 dəfə, 2003-cü ilə nisbətən 28 dəfə artmışdır.
2008-ci ilin 5 ayı ərzində ümumi məhsul buraxılışı (ÜMB) 2007-ci ilin müvafiq dövrünə nisbətən 85,7 faiz artaraq 34131,5 min manata çatmışdır. 2008-ci ilin 5 ayı ərzində kənd təsərrüfatı məhsulları istehsalı 2007-ci ilin müvafiq dövrünə nisbətən 52,6 faiz artaraq
11286.5 min manat təşkil etmişdir. Tikinti quraşdırma işləri 2008-ci ilin 5 ayı ərzində 2007-ci
ilin müvafiq dövrünə nisbətən 62 faiz artaraq 11596,4 min manat olmuşdur.
2007-ci ildə rayonda 6 məktəb tikilmiş, 1-i əsaslı təmir edilmişdir. «Şəhidlər xiyabanı» kompleksi, əlil və şəhid ailələri üçün 8 mənzilli yaşayış evi, H.ƏIiyev muzeyi, tarix-diyarşünaslıq muzeyi, rayonun girişində «Qoşa-qala» qapısı, mərkəzi kitabxana binası, Kanat yolu, yem fabriki, DSMF-nun rayon şöbəsi, Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi, Qaz istismarı idarəsi, Su idarəsi, 13 saylı Ərazi Vergilər idarəsinin xidmət terminalı və 109 saylı DSK-nın inzibati binaları, Qabaqçöl qəsəbəsində Ümummilli lider H.ƏIiyevin xatirə kompleksi, 38 ha sahəsi olan H.ƏIiyev adına Mədəniyyət və istirahət parkı, dağ çayları üzərində 2 yeni körpü tikilmiş, 235 çarpayılıq xəstəxana kompleksinin, 12 mərtəbəli yaşayış evinin, İdman ı kompleksinin, sərhəd gömrük keçid məntəqəsinin, 360 yerlik Qaravəli kənd orta, 180 yerlik Gülüzanbinə kənd əsas, 480 yerlik Qaysa kənd orta məktəbinin, İtitala kənd mədəniyyət evinin, İtitala kənd mədəniyyət və istirahət parkının və onlarla başqa obyektlərin tikintisi davam etdirilir.
Dağ çaylarında 4233 p\m sahilbərkitmə işləri, şəhərin işıqlandırma sisteminin tamamilə yenidən qurulması, şəhər ərazisində və kəndlərdə 2003-2007-ci illərdə 27,4 km məsafədə yolların asfaltlanması, yol kənarlarının abadlaşdırılması, şəhər və şəhərətrafı kəndlərin içməli su təchizatının yaxşılaşdırılması üçün dağ çayından 12 km məsafədə yeni su xətti çəkilməsi görülən işlərin tam siyahısı deyildir. Kəndlərdə 2003-2007-ci illərdə 31 artezian quyusu, 2008-ci ilin 5 ayı ərzində daha 5 artezian quyusu qazılmışdır. Dövlət Proqramının qəbulundan sonra keçən dövr ərzində rayonda 7638 iş yeri açılmışdır ki, ondan da 2326 iş yeri daimidir.
2. İctimai-siyasi vəziyyət:
Siyasi partiyaların 16 rayon təşkilatı fəaliyyət göstərir. Rayonda 62 məscid, 8 pir və 8 islam yönümlü dini icma qeydiyyata alınıb. «Balakən» qəzeti nəşr edilir.
3. Problemlər:
Rayonda fəaliyyət göstərən 49 ümumtəhsil məktəbindən 28-i (57%) uyğunlaşdırılmış binalarda yerləşir, 25 məktəbəqədər tərbiyə müəssisələrindən 19-u bu məqsəd üçün tikilməyən binalarda fəaliyyət göstərir. 12 yaşayış məntəqəsində məktəbəqədər uşaq müəssisəsi yoxdur.
Rayonda hər 10000 nəfərə 15,5 həkim, 56 orta tibb işçisi düşür. (ölkə üzrə bu rəqəmlər müvafiq olaraq 36,8 və 73,1-dir).
Şəhərin içməli su və kanalizasiya sistemi tamamilə yenidən qurulmalıdır.
Elektrik xətt təsərrüfatının istismar müddətinin bitməsi səbəbindən elektrik enerjisi ilə təchizatda fasilələr yaranır.
Əhalinin və əkin sahələrinin sel sularından müdafiəsi məqsədilə sahilbərkitmə işlərinin həcmi genişləndirilməlidir.
Kənd yollarının asfaltlaşdırılması və yeni yaşayış məntəqələrində yol tikintisi aparılması günün tələbidir.
Turizmin inkişafı ilə bağlı rayonda «Regional turizm mərkəzi»nin yaradılması və mərkəzin ixtisaslı kadrlarla təminatına ehtiyac var.
Rayon üzrə ev təsərrüfatlarının 9,8 %-i qazla təmin olunmuş, şəhər təsərrüfatlarının 37,5 % kanalizasiya xəttinə qoşulmuşdur.
4. Açılışı gözlənilən obyektlər: - H.ƏIiyev adına mədəniyyət və istirahət parkı
Ulu öndər H.ƏIiyev adına mədəniyyət və istirahət parkı şəhərin H.ƏIiyev prospekti ilə S.Gözəlov küçəsinin kəsişməsində, Balakənçay sahilində yerləşir. Möhtərəm prezident İ.ƏIiyev cənablarının Balakən rayonuna 12 aprel 2006-cı il tarixli səfərindən sonra geniş vüsət alan tikinti, quruculuq və abadlıq işləri nəticəsində həmin ilin iyun ayından etibarən parkda yenidənqurma və abadlıq işlərinə başlanılmışdır. Park Dövlət Neft Şirkətinin vəsaitləri hesabına inşa edilir. Parkın ərazisi 18 hektardan genişləndirilərək 38 hektara çatdırılmış, H.ƏIiyev adına muzey inşa edilmiş, «Nikah evi», "Veteranlar evi", dağüstü ərazidə kafe-restoran, müasir üslubda xidmət obyektləri tikilmişdir.
Park ərazisində respublikada analoqu olmayan Kanat yolu inşa edilmişdir. Parkın ən görkəmli yerində dağüstü yüksəklikdə ulu öndər H.ƏIiyevin möhtəşəm abidəsi ucaldılmışdır.
Parkda müasir tipli su hovuzları, fontan qurğuları inşa edilmişdir. Gənclərin və uşaqların əylənməsi üçün müasir tələblərə cavab verən yelləncəklər, karusel və digər avadanlıqlar quraşdırılmışdır. Dağüstü abidə kompleksini park ərazisi ilə birləşdirən kaskad pilləkənlər tikilmişdir. Park ərazisində inşa edilən 5 mərtəbəli oteldə abadlıq və tamamlama işləri aparılır. H. Əliyev prospektindən və S.Gözəlov küçəsindən parka giriş qapılan qoyulmuşdur. Hər iki giriş qapıları ikitağlıdır.
Parkın tikintisinə vəsait qoyuluşu 9,0 milyon manat təşkil edir. Parkın saxlanmasında və ərazisindəki müxtəlif xidmət obyektlərində 50 nəfərin məşğulluğu təmin ediləcəkdir.
- H.ƏIiyev muzeyi
H.ƏIiyev adına mədəniyyət və istirahət parkında inşa edilmiş H.ƏIiyev muzeyinin binası öz möhtəşəmliyi və memarlıq üslubu ilə parka xüsusi gözəllik verir. Muzeyin tikintisinə 17 avqust 2006-cı ildə başlanmışdır. Binanın planda ölçüləri 31,6 m x 5,6 m olmaqla eksponat zalının hündürlüyü 5,0 metrə, sahəsi 330 m2-ə bərabərdir. Binanın zirzəmi mərtəbəsinin hündürlüyü 3 m-dir. Bundan başqa muzeydə digər xidmət otaqları da vardır. Muzey Dövlət Neft Şirkətinin vəsaitləri hesabına inşa edilmişdir. Vəsait qoyuluşu 350 min manat təşkil edir. Muzeydə 5 nəfər işlə təmin ediləcəkdir. - Kanat yolu
H.ƏIiyev adına mədəniyyət və istirahət parkında respublikada analoqu olmayan Kanat yolu inşa olunmuşdur. Yolun uzunluğu 1200 m, ən hündür metal dayaq isə yerdən 53 metrlikdədir. Kanat yolu 1 saatda 216 nəfərə xidmət etmək qabiliyyətinə malikdir və 6 kabinəlidir. Qurğulara xidmət tam kompüterləşdirilmişdir. Kanat yolunun avadanlığı Avstriya istehsalıdır. Kanat yolu Dövlət Neft Şirkətinin vəsaitləri hesabına inşa edilmişdir. Vəsait qoyuluşu 1,5 milyon manattəşkil edir.
-Mərkəzi rayon kitabxanası
18 yanvar 2007-ci ildə bünövrəsi qoyulan mərkəzləşdirilmiş kitabxana sistemi şəhərin S.Gözəlov küçəsində xüsusi layihə üzrə inşa edilir. Bina 2 mərtəbəlidir. Ümumi sahəsi 520 m2-dır. Hər mərtəbədə 2 kitab saxlayıcısı, oxu zalı, geniş foyesi və digər iş otaqları vardır. Kitabxanada avtomatlaşdırılmış kitabxana informasiya sistemi, elektron kitabxana fəaliyyət göstərəcəkdir. Kompüterlə təchiz olunmuş oxu zalında internetə giriş nəzərdə tutulur. 30 minədək kitabın saxlanıldığı kitabxanada iş və xidmət şəraiti əsaslı surətdə yaxşılaşacaqdır. Kitabxanada 21 nəfər işləyəcəkdir. Kitabxana Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa edilmişdir. Kitabxananın tikintisinə vəsait qoyuluşu 413 min manat təşkil edir.
-Avtovağzal binası
Şəhərin H.ƏIiyev prospektində yerləşən Avtovağzal binasının ümumi sahəsi 1100 m2-dır. Avtovağzal binasında gözləmə zalı, kassa, yeməkxana, ana və uşaq otağı və sanitar qovşağı vardır. Tikintiyə 2007-ci ilin iyun ayında başlanmışdır. Vəsait qoyuluşu 200 min manat təşkil edir. Avtovağzal binasının yenidən tikintisi rayon əhalisinə göstərilən nəqliyyat xidmətinin səviyyəsini əsaslı surətdə yaxşılaşdıracaqdır. Burada 25 nəfər işlə təmin ediləcəkdir.
- "Azəryem Sənaye " MMC-nin Yem istehsalı zavodu
Yem istehsalı zavodunun tikintisinə 2007-cı ilin may ayında başlanmışdır. Zavod Türkiyənin «Azer-yem» müəssisəsinin investisiyaları hesabına tikilmişdir. Zavodun ümumi ərazisi 9 ha-dır. Kənd təsərrüfatı məhsulları emalı sənayesinin inkişafı məqsədilə inşa edilən zavodda qarğıdalının emalı və yem istehsalı nəzərdə tutulur. Zavodda bir növbədə 60 ton qarğıdalı emal ediləcəkdir. Zavodun avadanlığı Türkiyə istehsalıdır, istehsal və emal prosesi tamamilə kompüterləşdirilmişdir. Zavodda 60 nəfər əmək qabiliyyətlinin məşğulluğu təmin ediləcəkdir. Vəsait qoyuluşu 2,3 milyon manat təşkil edir.
-"Balakən" Bazar kompleksi
Bazar kompleksinin tikintisi üçün şəhər avtovağzalının arxasında H.ƏIiyev prospektinin cənub hissəsində ərazi ayrılmışdır. Ayrılmış ərazi 1,82 ha-dır. Tikintiyə 2006-cı ilin noyabr ayında başlanmışdır. Bazar kompleksi 250 ədəd mağazadan, iaşə kompleksindən və hovuzdan ibarətdir. Mağazaların ümumi sahəsi 4800 m2-dir. Tikintisi başa çatdırılan bazar kompleksində 450-dən çox rayon sakini işlə təmin ediləcəkdir. Kompleksin tikintisinə vəsait qoyuluşu 1,2 milyon manat təşkil edir.
- "Balakən-Konserv" ASC
Balakən konserv zavodu ümummilli lider H.ƏIiyevin yaxın dəstəyi ilə 1970-ci ildə fəaliyyətə başlamış, 1980-cı illərin sonunda zavodda yeni modul tipli konstruksiyalar quraşdırılmışdır. Zavod şəhərin H.ƏIiyev və C.Cabbarlı küçələrinin kəsişdiyi ərazidə 13 ha sahədə yerləşir. Balakən Konserv zavodunun bazasında «Balakən-Konserv» ASC 2002-ci ildə yaradılmışdır. Müəssisədə 2006-cı ilin ikinci yarısından etibarən Azərbaycan Beynəlxalq Bankı tərəfindən ayrılmış kredit xətti hesabına avadanlıqların, binaların, qurğuların təmiri və rekonstruksiya işlərinin aparılmasına başlanmışdır. Nəticədə mürəbbə, tomat pastası, meyvə şirələri və cem istehsalı, fındıq emalı və konsentrat sexlərinin fəaliyyəti bərpa ediləcək, həmin sexlərdə Avropa standartlarına uyğun məhsul istehsalı imkanı əldə ediləcəkdir. Sexlərin fəaliyyətinin bərpası zavodda ildə 50 min ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsullarınm tədarükü və emalına imkan verəcək. Hazırda şirə sexi, konsentrat sexi, fındıq emalı sexi və 1000 tonluq soyuducu məhsul istehsalına hazır vəziyyətinə gətirilmişdir. Zavodun yenidən qurulmasına vəsait qoyuluşu 12 milyon manat təşkil edir. Bu istehsal müəssisəsinin fəaliyyətə başlaması 180 nəfəri işlə təmin etməyə imkan verəcəkdir.
-Şəhəri və yeni xəstəxana kompleksi içməli su ilə təmin edəcək su xətti və su anbarı
2006-cı ilin may ayında rayon mərkəzindən 14 km şimalda yerləşən Siltikçay su mənbəyindən şəhərə yeni su xəttinin çəkilişinə başlanmışdır. 319 mm-lik polad borularla çəkilən yeni su xəttinin ümumi uzunluğu 13,6 km-dir. Su xəttinin uzunluğu mənbədən Mahamalar kəndində yerləşən su anbarlarınadək 8,0 km, su anbarlarından şəhərədək 5,6 km təşkil edir. Bu su xəttinin çəkilməsi H.ƏIiyev adına mədəniyyət və istirahət parkını, yeni tikilən 235 çarpayılıq xəstəxana kompleksini və şəhərin yeni yaşayış massivini içməli su ilə təchiz etməyə imkan verəcəkdir.
Eyni zamanda, Mahamalar kəndində hər birinin su tutumu 1000 m3 olan iki yeni su anbarı, Siltikçay su mənbəyində 42 m uzunluğunda təmizləyici qurğu tikilmişdir. Su xətti və su anbarı Dövlət Neft Şirkətinin vəsaitləri hesabına inşa edilmişdir. Tikintiyə vəsait qoyuluşu 4,0 milyon manat təşkil edir.



|