Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi 40, Hökümət Evi, giriş-3, mərtəbə-2, tel. (99412) 493-20-15
Law
Tender
Currency
Training
E-Tender
Forum
FAQ
Publications
Links
Home
Home
hesabat


Satınalmalar üzrə Dövlət Agentliyi
tərəfindən respublikada keçirilən seminarlar haqqında

      

       Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi, respublikada özəl sektoru təmsil edən müəssisə və təşkilatları, kiçik və orta sahibkarları dövlət satınalmalarına geniş cəlb etmək və təlimləndirmək məqsədi ilə 29-30 oktyabr 2008-ci il tarixlərdə “Dövlət satınalmaları” mövzusunda seminar keçirməyi nəzərdə tutmuşdur. Seminar iştirakçılarına Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlər barədə geniş izahatlar veriləcəkdir.
       Seminarda iştirak etmək niyyətində olan şəxslər qeydiyyata alınmaq üçün     27 oktyabr 2008-ci il tarixə qədər aşağıdakı ünvana müraciət edə bilər.
       Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi, 4-cü giriş, 2-ci mərtəbə Satınalmalar üzrə Dövlət Agentliyi. Əlaqə telefonları: 493-86-79; 493-76-95;   493-95-72.
       Seminarda iştirak etmək barədə ətraflı məlumat almaq üçün həmin ünvana müraciət oluna bilər.

        2008-ci ildə Azərbaycan Respublikasının şəhər və rayonlarının icra hakimiyyəti orqanlarının təhsil, səhiyyə, maliyyə şöbələrinin, bələdiyyələrin və dövlət büdcəsindən maliyyələşdirilən digər təşkilatların mütəxəssisləri üçün keçiriləcək seminarların qrafiki

 

s.s Seminarın keçiriləcəyi yer Seminarın keçiriləcəyi tarix (2008-ci il)
1 Zərdab 21 aprel – 25 aprel
2 Göyçay 28 aprel – 02 may
3 Əli-Bayramlı 05 may – 09 may
4 Qəbələ 12 may – 16 may
5 Sabirabad 19 may – 23 may
6 Goranboy 26 may - 30 may
7 Balakən 2 iyun - 6 iyun
8 Bərdə 9 iyun - 13 iyun
9 Zaqatala 17 iyun - 20 iyun
10 Şəmkir 23 iyun - 27 iyun
11 Gədəbəy 30 iyun - 4 iyul

       05 mart 2008-ci il tarixdə

       Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikası Dövlə Neft Şirkəti, «Azneft» İ.B, Neft Kəmərləri İdarəsi, Heydər Əliyev adma Bakı neft emalı zavodu, «Azərneftyağ» neft emalı zavodu, Heydər Əliyev adına Dərin özüllər zavodu, Qaz emalı zavodu, Xəzər Dəniz Donanması, «Azəriqaz» SC, «AzəriQaz Nəql» İ.B, «Azərenerji» ASC və «Azərikimya» Dövlət Şirkətinin dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»ya uyğun keçirilən tədbirlər çərçivəsində «Azərbaycanda dövlət satınalmalarının təşkili və elektron satınalmaların tətbiqi» mövzusunda seminar.

       2007-ci ildə Azərbaycan Respublikasının şəhər və rayonlarının icra hakimiyyəti orqanlarının təhsil, səhiyyə, maliyyə şöbələrinin, bələdiyyələrin və dövlət büdcəsindən maliyyələşdirilən digər təşkilatların mütəxəssisləri üçün keçiriləcək seminarların qrafiki

 

s.s Seminarın keçiriləcəyi yer Seminarın keçiriləcəyi tarix (2007-ci il)
1 Oğuz 24 sentyabr- 28 sentyabr
2 Hacıqabul 01 oktyabr– 05 oktyabr
3 Qəbələ 08 oktyabr– 12 oktyabr
4 Astara 15 oktyabr– 19 oktyabr
5 Cəlilabad 22 oktyabr– 26 oktyabr
6 Lənkəran 20 oktyabr– 02 noyabr
7 Biləsuvar 05 noyabr – 09 noyabr
8 Ağcabədi 13 noyabr – 16 noyabr
9 Masallı 19 noyabr – 23 noyabr
10 Lerik 26 noyabr – 30 noyabr
11 Yardılı 03 dekabr– 07 dekabr

       Satınalmalar üzrə Dövlət Agentliyi, dövlət satınalmaları sahəsində mütəxəssislərin ixtisas səviyyələrinin artırılması məqsədi ilə respublikanın şəhər və rayonlarında «Dövlət satınalmalarının təşkili» mövzusunda 5 günlük seminarlar keçirir.

  • Naftalan şəhəri 25 iyun -29 iyun 2007 ci il;
  • Beyləqan rayonu 02 iyul -06 iyul 2007-ci il;
  • Imişli rayonu 09 iyul -13 iyul 2007-ci il;
  • Daşkəsən rayonu 16 iyul -20 iyul 2007-ci il

       Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun görülən tədbirlərin davamı olaraq, dövlət satınalmalarının təşkilinə cəlb olunan mütəxəssislər üçün respublikanın şəhər və rayonlarında 2005-ci ildə aşağıdakı qrafik üzrə 5 günlük seminarların keçirilməsini nəzərdə tutmuşdur.

 

s.s Seminarın keçiriləcəyi yer Seminarın keçiriləcəyi tarix (2005-ci il)
1 Kürdəmir 04 aprel - 08 aprel
2 Zərdab 11 aprel – 15 aprel
3 Neftçala 18 aprel – 22 aprel
4 Salyan 25 aprel – 29 aprel
5 Saatlı 02 may – 06 may
6 Sabirabad 10 may – 14 may
7 Əli-Bayramlı 16 may – 20 may
8 Hacıqabul 23 may – 27 may
9 Ucar 30 may – 03 iyun
10 Ağdaş 06 iyun – 10 iyun
11 Göyçay 13 iyun – 17 iyun
12 Ağsu 20 iyun – 24 iyun
13 Bərdə 27 iyun – 01 iyul
14 Tərtər 04 iyul – 08 iyul
15 Şəmkir 11 iyul – 15 iyul
16 Xanlar 18 iyul – 22 iyul
17 Mingəçevir 25 iyul – 29 iyul
18 Gəncə 01 avqust – 05 avqust
19 Şəki 08 avqust – 12 avqust
20 Quba 15 avqust – 19 avqust
21 Dəvəçi 22 avqust – 26 avqust
22 Siyəzən 29 avqust – 02 sentyabr
23 Xızı 05 sentyabr – 09 sentyabr
24 Şamaxı 12 sentyabr – 16 sentyabr
25 Sumqayıt 19 sentyabr – 23 sentyabr
26 Abşeron 26 sentyabr – 30 sentyabr

       Seminar iştirakçıları Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərlə təmin olunaraq, onlara həmin sənədlər barədə geniş izahatlar veriləcək, tender sənədlərinin hazırlanmasında praktiki köməklik göstəriləcəkdir. Seminarlara şəhər və rayon icra hakimiyyəti orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin, bələdiyyələrin və dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirən digər təşkilatların mütəxəssisləri dəvət olunur.

       22-23 noyabr 2005-ci il tarixdə

       «Dövlət satınalmalarında avadanlıqların alınıb quraşdırılması üzrə keçirilən müsabiqələrdə tender iştirakçılarına dair tələblər».
Seminar iştirakçıları Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərlə təmin olunacaq və onlara həmin sənədlər barədə geniş izahatlar veriləcəkdir.
Seminarlarda iştirak etmək barədə ətraflı məlumat almaq üçün aşağıdakı ünvana müraciət edilə bilər.
Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi, 3-cü giriş, 2-ci mərtəbə Satınalmalar üzrə Dövlət Agentliyi. Əlaqə telefonları: 493-86-79; 493-76-95; 493-95-72.

       Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi, respublikada fəaliyyət göstərən kiçik və orta sahibkarları dövlət satınalmalarına geniş cəlb etmək və təlimləndirmək məqsədi ilə 2005-ci ildə aşağıdakı mövzularda seminarlar keçirməyi nəzərdə tutmuşdur:

       14-15 sentyabr 2005-ci il tarixdə

       «Dövlət ehtiyacları üzrə əşya əmlakının satın alınmasının təşkili və tender təkliflərinə dair tələblər»;

       12-14 iyul 2005-ci il tarixdə

       «Əsaslı təmir və tikinti işlərinin dövlət satın alınmasının xüsusiyyətiləri və tender iştirakçılarının hüquqları»;

       11-12 may 2005-ci il tarixdə

       «Ərzaq məhsullarının satın alınması üzrə keçirilən müsabiqələrdə tender təkliflərinin hazırlanma qaydaları»;

       İyun-dekabr 2004-cü il

       Respublikanın 25 şəhər və rayonunda, o cümlədən Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, İsmayıllı, Qazax, Ağstafa, Tovuz, Daşkəsən, Gədəbəy, Xaçmaz, Qusar, Lerik, Yardımlı, Astara, Cəlilabad, Masallı, Lənkəran, Ağcabədi, Beyləqan, İmişli, Goranboy, Yevlax və Biləsuvar rayonunda 5 günlük seminar və təlim-məşğələlər keçirilmişdir.

       22 dekabr 2004-cü il

       «Azərbaycan Respublikası dövlət satınalmaları sahəsində əldə edilmiş təcrübəsnin öyrənilməsi və qeniş yayılması» mövzusunda elmi-praktiki konfrans.

       20-23 aprel 2004-cü il

       Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və onun müəssisələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitenktura Komitəsi, Dövlət Statistika Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun mütəxəssisləri üçün «Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının təşkili və keçirilməsi» mövzusunda seminar.

       27-30 yanvar 2004-cü il

       Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, o cümlədən «Azərbaycan Hava Yolları» Dövlət Konserni və onun müəssisələri, Dövlət Dəmir Yolu İdarəsi, «Yolnəqliyyatservis» Departamenti, Xəzər Dəniz Gəmiçiliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Abşeron Regional Su Səhmdar Cəmiyyəti və Bakı Metropoliteninin mütəxəssisləri üçün «Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının təşkili və keçirilməsi» mövzusunda seminar.

       06-07 noyabr 2003-cü il

       Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlar üçün «Azərbaycan Respublikasında dövlət satınalmaları təşkili və keçirilməsi» mövzusunda seminar.

       Azərbaycan Respublikasının şəhər və rayonlarında icra hakimiyyətinin, maliyyə, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və bələdiyyələrin mütəxəssisləri üçün seminarlar

 

s.s Seminarın keçirildiyi yer Seminara dəvət olunan şəhər və rayonlar Seminarın keçirildiyi tarix
1. Gəncə Gəncə, Xanlar, Samux, 4 dekabr 2003-cü il
2. Lənkəran Lənkəran, Astara, Lerik 4 dekabr 2003-cü il
3. Quba Quba, Qusar, Xaçmaz 4 dekabr 2003-cü il
4. Şamaxı Şamaxı, Qobustan, Ağsu 4 dekabr 2003-cü il
5. Mingəçevir Mingəçevir, Yevlax, Göranboy 5 dekabr 2003-cü il
6. İsmayıllı İsmayıllı, Qəbələ 5 dekabr 2003-cü il
7. Dəvəçi Dəvəçi, Siyəzən, Xızı 5 dekabr 2003-cü il
8. Cəlilabad Cəlilabad, Masallı, Yardımlı 5 dekabr 2003-cü il
9. Şəmkir Şəmkir, Daşkəsən, Gədəbəy 9 dekabr 2003-cü il
10. Göyçay Göyçay, Ucar, Ağdaş, Kürdəmir 9 dekabr 2003-cü il
11. Salyan Salyan, Biləsuvar, Neftçala 9 dekabr 2003-cü il
12. Tovuz Tovuz, Ağstafa, Qazax 10 dekabr 2003-cü il
13. Bərdə Bərdə, Ağdam, Tərtər, Ağcabədi 10 dekabr 2003-cü il
14. Sumqayıt Sumqayıt, Abşeron 12 dekabr 2003-cü il
15. Şəki Şəki, Oğuz 16 dekabr 2003-cü il
16. İmişli İmişli, Beyləqan, Zərdab 16 dekabr 2003-cü il
17. Əli-Bayramlı Əli-Bayramlı, Hacıqabul, Sabirabad, Saatlı 16 dekabr 2003-cü il
18. Zaqatala Zaqatala, Balakən, Qax 17 dekabr 2003-cü il

       09-11 iyul 2003-cü il

       Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, «Azneft» İB, «Azərenerji» ASC, «Azəriqaz» QTSC, «Azərneftyağ» neft emalı zavodu, «Azərneftyanacaq» neft emalı zavodu və Neft Kəmərləri İdarəsinin mütəxəssisləri üçün «Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının təşkili və keçirilməsi» mövzusunda seminar.

       23-25 iyun 2003-cü il

       Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar Baş İdarəsi, Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi və Dövlət Sərhəd Xidmətinin mütəxəssisləri üçün «Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının təşkili və keçirilməsi» mövzusunda seminar.

       31 mart- 04 aprel 2003-cü il

       Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyinin mütəxəssisləri üçün «Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının təşkili və keçirilməsi» mövzusunda seminar.

       03-04 dekabr 2002-ci il

       Bakı Şəhəri İcra Hakimiyyəti, Maliyyə, Təhsil və Səhiyyə şöbələrinin mütəxəssisləri üçün «Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının təşkili və keçirilməsi» mövzusunda seminar.

       Aprel-may 2002-ci il

       Azərbaycan Respublikasının şəhər və rayonlarında maliyyə, təhsil və səhiyyə şöbələrinin nümayəndələri üçün «Azərbaycan Respublikasında dövlət satınalmalarının təşkili və keçirilməsi» mövzusunda seminar.

 

s.s Seminarın keçirildiyi yer Seminara dəvət olunan şəhər və rayonlar Seminarın keçirildiyi tarix
1. Gəncə Gəncə, Xanlar, Samux, Mingəçevir, Yevlax, Goranboy, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Bərdə, Ağdam, Tərtər, Ağcabədi 2-3 aprel 2002-ci il
2. Şamaxı Şamaxı, Qobustan, Göyçay, İsmayıllı, Zərdab, Ağsu, Kürdəmir 7 may 2002-ci il
3. Şəki Şəki, Qəbələ, Oğuz, Zaqatala, Qax, Balakən 15 may 2002-ci il
4. Sumqayıt Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Dəvəçi, Quba, Qusar, Xaçmaz 21 may 2002-ci il
5. Əli-Bayramlı Əli-Bayramlı, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Beyləqan 24 may 2002-ci il
6. Lənkəran Cəlilabad, Masallı, Biləsuvar, Astara, Lerik, Yardımlı 30 may 2002-ci il

       08 may 2002-ci il

       Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri üçün «Yeni qəbul edilmiş dövlət satınalmaları qaydaları və tender keçirmə üsulları» mövzusunda Avropa Komissiyası Ərzaq Təhlükəsizliyi Proqrammı ilə Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunmuş seminar.

       14-16 mart 2002-ci il

       Bakı Şəhər Baş Səhiyyə İdarəsi və rayon səhiyyə şöbələrinin dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün «Azərbacan Respublikasında dövlət satınalmalarının təşkili və keçirilməsi» mövzusunda seminar seminar.

       05-07 mart 2002-ci il

       Bakı Şəhər Baş Təhsil İdarəsi və rayon təhsil şöbələrinin dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün «Azərbacan Respublikasında dövlət satınalmalarının təşkili və keçirilməsi» mövzusunda seminar seminar.

       04 oktyabr 2001-ci il

       Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri üçün «Dövlət satınalmalarının təşkili və tenderlərin keçirilməsi qaydaları» mövzusunda Avropa Komissiyası Ərzaq Təhlükəsizliyi Proqrammı ilə Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunmuş seminar.

       20 sentyabr 2001-ci il

       Azərbaycan Dövlət Neft Şirkəti və onun müəssisələrinin dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün «Dövlət satınalmalarının təşkili və keçirilməsi» mövzusunda seminar.

       23 noyabr 2000-ci il

       Azərbaycan Respublikasının nazirlik, komitə, idarə və təşkilatlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssislərinin iştirakı ilə «Azərbaycan Respublikasında dövlət satınalmaları sahəsində əldə olunmuş təcrübənin öyrənilməsi» mövzusunda konfrans.

       11-12 iyul 2000-ci il

       Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Sərhəd Qoşunları Baş İdarəsi, Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar Baş İdarəsi və Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin dövlət satınalmaları ilə məşğul olan mütəxəssisləri üçün «Dövlət satınalmalarının təşkili və keçirilməsi» mövzusunda seminar.

Satınalmalar üzrə Dövlət Agentliyi
tərəfindən təşkil olunan seminarların proqramı

Tədris müddəti: 18 saat, 3 gün.

 

Mövzuların adı Saatların miqdarı
Cəmi: O cümlədən:
mühazirə məşğələ
1. Satınalma anlayışı. Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ–hüquqi baza. 2 2 -
2. Dövlət satınalmalarının planlaşdırılması, bazarın marketinq tədqiqatı, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi. 2 1 1
3. Satınalma metodları və onların tətbiqi şərtləri 2 2 -
4. Satınalmaların təşkili, müsabiqə sənədlərinin hazırlanması, tender təkliflərinə dair tələblərin, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi, iddiaçıların cəlb olunması, satınalma prosedurlarının keçirilməsi. 4 2 2
5. Tikinti işlərinin satın alınmasının spesifik xüsusiyyətləri, texniki spesifikasiyaların hazırlanması. 2 - 2
6. Dövlət satınalmalarında tələb olunan standartlar, risklərin sığortası. 1 1 -
7. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi. 2 1 1
8. Satınalma müqavilələri, müqavilənin forması və şərtləri, onun icrasına dair tələblərin müəyyənləşdirilməsi. 2 1 1
9. Satınalmalarda mübahisəli məsələlər və onların həlli. 1 1 -
Cəmi 18 11 7

 

Tədris müddəti: 30 saat, 5 gün.

 

Mövzuların adı Saatların miqdarı
Cəmi: O cümlədən:
mühazirə məşğələ
1. Satınalma anlayışı. Bazar iqtisadiyyatı şəraitində dövlət satınalmalarının rolu və bu sahədə aparılan islahatlar. 2 2 -
2. Beynəlxalq maliyyə təşkilatlarının satınalma qaydaları və təlimatları. MDB ölkələrinin satınalma sistemləri. 2 2 -
3. Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ–hüquqi baza. 2 2 -
4. Dövlət satınalmalarının planlaşdırılması, bazarın marketinq tədqiqatı, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi. 2 1 1
5. Satınalma metodları və onların tətbiqi şərtləri. Malların, işlərin və xidmətlərin satın alınması, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi proseduru. 4 2 2
6. Satınalmaların təşkili, müsabiqə sənədlərinin hazırlanması, tender təkliflərinə dair tələblərin, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi, iddiaçıların cəlb olunması, satınalma prosedurlarının keçirilməsi. 4 2 2
7. Tikinti işlərinin satın alınmasının spesifik xüsusiyyətləri, texniki spesifikasiyaların hazırlanması. 2 - 2
8. Dövlət satınalmalarında tələb olunan standartlar, risklərin sığortası, Beynəlxalq terminlər «İNKOTERMS» 2 2 -
9. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi. 4 2 2
10. Satınalma müqavilələri, müqavilənin forması və şərtləri, onun icrasına dair tələblərin müəyyənləşdirilməsi. 2 1 1
11. Dövlət satınalmalarında etik qaydalar, danışınların aparılması. 2 1 1
12. Satınalmalarda mübahisəli məsələlər və onların həlli. 2 2 -
Cəmi 30 11 7

.