ĞDövlət satınalmaları haqqındağ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə 15 gün müddətində:
1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə tapşırılsın ki, Satınalmalar üzrə Dövlət Agentilyi ilə birlikdə:
qüvvədə olan qanunvericilik aktlarının ĞDövlət satınalmaları haqqındağ Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini;
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılması barədə təkliflərini;
ĞDövlət satınalmaları haqqındağ Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının nazirlər Kabinetinə təqdim etsin;
müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
2. Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinə tapşırılsın ki, Maliyyə nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılaraq:
ĞDövlət satınalmaları haqqındağ Azərbaycan Respublikası Qanununun 11.5-ci maddəsinə uyğun olaraq bölünən hissələrin məbləğinə dair təkliflərini;
həmin qanunun 36.10-cu maddəsinə uyğun olaraq güzəştlərin həcmi və tətbiqi qaydasının layihəsini;
həmin qanunun 37.6-cı maddəsinə uyğun olaraq tender komissiyasının yekun protokolunun nümunəsinin layihəsini;
həmin qanunun 40.11-cı maddəsinə uyğun olaraq mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsinin layihəsini;
həmin qanunun 44.2-cı maddəsinə uyğun olaraq satınalan təşkilat xidmət təkliflərini qiymətləndirərkən və müqayisə edərkən daxili xidmət göstərənlərin xeyrinə güzəştli düzəliş tətbiq edilməsi barədə təkliflərini;
həmin qanunun 51.2-cı maddəsinə uyğun olaraq malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunun layihəsini;
Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyininin funksiyalarına dəyişikliklər edilməsi ilə bağlı onun haqqında yeni Əsasnamə layihəsini hazırlayıb Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.
3. Bu sərəncamın 1-ci bəndinin icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin hüquq şöbəsinə, 2-ci bəndinin icrasına nəzarət iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinə tapşırılsın.
| Azərbaycan Respublikasının | Baş naziri | A. Rasizadə |