AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

FƏRMANI

«Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər edilməsi barədə

«Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət müəssisələrin fərdi layihələr üzrə özəlləşdirilməsi Qaydaları»na aşağıdakı dəyişikliklər edilsin.

1.1. Qaydaların 1.1-ci bəndində «Bu qaydalar «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» və «Tender haqqında» Azərbaycan Respublikasının qanunlarına» sözləri «Bu qaydalar «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» və Azərbaycan Respublikasının diqər qanunlarına» sözləri ilə əvəz edilsin.

1.2. Qaydaların 1.2-ci bəndinin ikinci abzasına, 2.3-cü bəndində, 3.4-cü bəndinin altıncı və yeddinci abzaslarında, 4-cü bölməsinin adında, həmin bölmənin 4.1-ci və 4.2-ci bəndlərində, habelə 5.2-ci bəndində «tender» və «tenderin» sözləri müvafiq olaraq «müsabiqə» və «müsabiqənin» sözləri ilə əvəz edilsin.

1.3. Qaydaların 3.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«3.2. Maliyyə məsləhətçisinin seçilməsi (maliyyə məsləhətçisinin xidmət haqqı müsabiqədə qalib gəlmiş şəxs tərəfindən ödənildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericilyinə uyğun həyata keçirilir».

1.4. Qaydaların 4.3-cü bəndi çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 495 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər edilsin:

2.1. Əsasnamənin 10.64-cü yarımbəndində «tenderlərini» sözü «müsabiqələrinin» sözü ilə əvəz edilsin.

2.2. Əsasnamənin 10.72-c bəndi aşağıdakı redaksiyada verilsin:

«10.72. Dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq dövlət sifarişlərinin icrasına sahibkarlıq subyektlərini cəlb edir».

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 529 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Bələdiyyə sifarişlərinin verilməsi Qaydaları»nın 4-cü bəndindən «(tender)» sözü çıxarılsın.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev