AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİ

QƏRAR
¹ 134
Bakı şəhəri, 16 avqust 2002-ci il

«Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi barədə

«Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1996-cı il 2 dekabr tarixli 168 nomrəli qərarı ilə təsdiq edilmiş «Nümunəvi özəl kənd təsərrüfatı müəssisələrinin yaradılması layihəsinin tətbiqi üzrə rayon işçi orqanı haqqında Əsasnamə»nin 2.1-ci bəndinin beşinci abzasında «(tender müsabiqələrinin keçirilməsi vasitəsilə inventar, avadanlıq, nəqliyyat vasitələri və diqər məsələlərin həlli və s.)» sözləri «(dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun inventar, avadanlıq, nəqliyyat vasitələrinin alınması, bu sahədə diqər məsələlərin həlli və s.)» sözəli ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetininin 1998-ci il 15 aprel 77 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət büdcəsinin» «İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər» maddəsində nəzərdə tutulan vəsaitdən istifadə olunması haqqında Əsasnamə»nin 3.2-ci bəndində «tender əsasında» sözləri «dövlət satınalmaları haqqında qanunverciliyə uyğun» sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetininin 2001-ci il 2 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları»nın 2.3-cü bəndinin dördüncü abzasında «tender» sözü «müsabiqə» sözü ilə əvəz edilsin.

4. bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının
Baş naziri A.Rasi-zadə