Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, ¹ 17 – 18, maddə 275; Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 2001-ci il, ¹6, maddə 360; ¹ 11, maddə 683; ¹ 12, maddə 736) 6-cı maddəsinin ikinci hissəsindən «(tender)», 16-cı maddəsinin birinci hissəsindən «(tenderin)» çıxarılsın.
II. «Elektroenerqetika haqqında» Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 1998-ci il, ¹6 maddə 363; 2001-ci il, ¹11, maddə 696) aşağıdakı dəyişikliklər edilsin;
1) 5-ci maddəsnin ikinci hissəsində «tender (müsabiqə)» sözləri «müsabiqədə» sözü ilə əvəz edilsin;
2) 5-ci maddənin üçüncü hissəsində «tendersiz (müsabiqəsiz)» sözləri «müsabiqəsiz» sözü ilə əvəz edilsin;
3) 22-ci maddənin birinci hissəsindən «Tender haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq» sözləri çıxarılsın.
III. «Memarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹6, maddə 374) aşağıdakı dəyişikliklər edilsin;
1) 7-ci maddənin beşinci abzasında «tenderin» sözü «müsabiqənin» sözü ilə əvəz edilsin;
2) 11-ci maddənin beşinci abzasında «tenderin» sözü «müsabiqənin» sözü ilə əvəz edilsin;
IV. «Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasınının Qanunvericilik Toplusu, 1999-ci il, ¹8, maddə 469, 2001-ci il, ¹ 12, maddə 736) 13-cü maddəsininin ikinci bəndi aşağıdakı redaksiyada verilsin;
«2. Kiçik sahibkarlıq subyektlərinin dövlət ehtiyacları üçün məhsul istehsalı, işlərin görülməsi və xidmətləin göstərilməsi üzrə sifarişlərin yerinə yetirilməsində iştirakıdövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir».
V. Nəşriyyat işi haqqında Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹8, maddə 581) 3-cü maddəsinin ikinci hissəsinin onuncu abzası redaksiyada verilsin:
«Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq nəşriyyatlar arasında dövlət satınalmaları keçirtməklə dövlət sifarişli dərsliklərin nəşrinin təmin edilməsi;».
VI. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹4, maddə 250) aşağıdakı redaksiyada yeni 404-1-ci maddə əlavə edilsin:
«Maddə 404-1. Dövlət satınalmaları müqaviləsi
Dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaların haqqında qanunvericiliyinə uyğun tənzimlənir.
| Azərbaycan Respublikasının | Prezidenti | Heydər Əliyev |
Bakı şəhəri, "06 " dekabr 2002-ci il
¹ 399 - IIQD