AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİ

QƏRAR
¹ 165
Bakı şəhəri, 28 oktyabr 2002-ci il

Güzəştlərin həcmi və tətbiqi Qaydasının, Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunun təsdiq edilməsi və Bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında

«Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanının 1-ci bəndinin 5-ci, 8-ci abzaslarının və 2-ci bəndinin 4-cü abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti QƏRARA ALIR:

1. «Güzəştlərin həcmi və tətbiqi Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. «Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulu» təsdiq edilsin (əlavə olunur).

3. «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanunun 11.5 maddəsinə uyğun olaraq bölünən hissələrin məbləği 250 (iki yüz əlli) milyon manat müəyyən edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri A.Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmişdir

Güzəştlərin həcmi və tətbiqi Qaydası

1. Bu Qayda «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanunun 36.10 maddəsinə uyğun olaraq hazırlanıb və dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən tender təkdifdərini qiymətləndirərkən və müqayisə edərkən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə güzəştli düzəlişlərin həcmini və tətbiqi qaydasını müəyyən edir.

2. Malların satın alınmasında keçirilən tenderlərdə iddiaçılar tərəfindən təklif edilən malların istehsalında istifadə olunan yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 50 faizdən artıq təşkil edərsə, yerli malların xeyrinə güzəştli düzəliş tətbiq oluna bilər. Yerli malların xeyrinə tətbiq olunan güzəştli düzəlişin həcmi xaricdən İNKOTERMS qaydalarının SİF/SİP şərtləri ilə idxal olunan eyni malların təklif olunan qiymətinin 15 faizinə qədər həcmində qəbul edə bilər. Bu hallarda güzəştli düzəlişin həcmi aşağıdakı kimi müəyyən olunur:

/ Yerli xammal və ma-terialların
və yerli işçi qüvvəsinin ümumi həcmi
Tətbiq olunan güzəştli
düzəlişin həcmi
1 50%-dən 60%-zə qədər 5%
2 60%-dən 70%-zə qədər 9%
3 70%-dən 80%-zə qədər 12%
4 80%-dən 90%-zə qədər 14%
5 90%-dən 100%-zə qədər 15%

3. İşlərin satın alınmasında keçirilən tenderlərdə iddiaçılar tərəfindən təklif edilən işlərin yerinə yetirilməsində istifadə olunan yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 50 faizdən artıq təşkil edərsə bu işlərin xeyrinə 7,5 faiz qədər güzəştli düzəliş tətbiq oluna bilər. Bu hallarda güzəştli düzəlişin həcmi aşağıdakı kimi müəyyən olunur:

/ Yerli xammal və ma-terialların
və yerli işçi qüvvəsinin ümumi həcmi
Tətbiq olunan güzəştli
düzəlişin həcmi
1 50%-dən 75%-zə qədər 6%
2 75%-dən 100%-zə qədər 7,5%

4. Xidmətlərin satın alınmasında keçirilən tenderlərdə iddiaçılar tərəfindən təklif edilən işlərin yerinə yetirilməsində istifadə olunan yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 60 faizdən artıq təşkil edərsə bu xidmətlərin xeyrinə 7,5 faizinə qədər güzəştli düzəliş tətbiq oluna bilər. Bu hallarda güzəştli düzəlişin həcmi aşağıdakı kimi müəyyən olunur:

/ Yerli xammal və ma-terialların
və yerli işçi qüvvəsinin ümumi həcmi
Tətbiq olunan güzəştli
düzəlişin həcmi
1 60%-dən 80%-zə qədər 6%
2 80%-dən 100%-zə qədər 7,5%

5. Yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə güzəştli düzəlişlər tenderin əsas şərtlər toplusunda nəzərdə tutulduğu halda və satınalan təşkilata əsaslandırıcı sənədlər təqdim olunduqda tətbiq olunur.

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 28 oktyabr tarixli
165 nömrəli qərarı ilə təsdiq edilmişdir

Malların (işlərin və xidmətlərin) qiymətlərində
dəyişikliklərin satınalma müqaviləsinə
təsirinin hesablanması üsulu

1. Bu üsul «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanunun 51.2 maddəsinə uyğun olaraq hazırlanmışdır və satınalma müqaviləsinin yerinə yetirilməsi müddətlərində, satınalan təşkilatla qalib gəlmiş iddiaçının fəaliyyətindən asılı olmayan səbəblərə görə müqavilənin qiymətində dəyişikliklərin edilməsini tənzimləyir.

2. Bu üsul yalnız tenderin əsas şərtlər toplusunda nəzərdə tutulduğu hallarda tətbiq olunur.

3. Bu üsul yalnız icra müddəti bir ildən yuxarı olan müqavilələrə şamil olunur.

4. Satınalma müqaviləsinin qiymətində dəyişikliklərin edilməsi aşağıdakı düstur əsasında aparılır:

P1= P0 (a(M1 / M0) + b(L1/ L0) + c) - P0

Burada:

P1 -müqavilənin qiymətinin dəyişməsi nəticəsində malgöndərənlərə (podratçıya) odənilməli məbləğ;

P0L0-bağlanmış müqavilənin qiyməti;

a-müqavilənin qiymətində malların nisbi qiymətini əks etdirən əmsalı;

b-müqavilənin qiymətində işçi qüvvəsinin nisbi qiymətini əks etdirən əmsalı;

c- müqavilənin qiymətində nəzərdə tutulmuş gəlirin, gəlirin və digər xərclərin nisbi qiymətini əks etdirən əmsalı;

M0 , M1-müvafiq olaraq baza tarixinə və qiymətlərə dəyişikliklər edilməsi tarixinə mənşə ölkəsində malların qiymət indeksləri;

L0 , L1-müvafiq olaraq baza tarixinə və qiymətlərə dəyişikliklər edilməsi tarixinə mənşə ölkəsində işçi qüvvəsinin qiymət indeksləri.

Qeyd. a, bc – əmsallarının cəmi vahidə bərabər olmalıdır (a+b+c=1).

5. a, bc əmsalları iddiaçı tərəfindən tender təklifində göstərilir və tender təkliflərinin qiymətləndirilməsində və müqayisəsində satınalan təşkilat tərəfindən nəzərə alınır.

6. Malgöndərən (podratçı) tender təklifində baza tarixinə mövcud olan indekslərin (L0 , M0) və qiymətlərə dəyişikliklərin edilməsi tarixinə mövcud olan indekslərin (L1 , M1) mənbəyini göstərməlidir. Azərbaycan Respublikasıda qeyd olunan indekslər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsaslanmalıdır. Digər ölkələrdən bu rəqəmlər müvafiq dövlətlərin (hökümətlərin) rəsmi məlumat mənbələrinə əsaslanmalıdır və müəyyən olunmuş qaydada təsdiq edilir (leqallaşdırılır).

7. Baza tarixi tender prosedurlarının başlanması günündən 30 (otuz) bank günü əvvəl müəyyən olunur. Bağlanmış müqavilənin qiymətlərində dəyişikliklərin edilməsi tarixi işlərin görülməsi müddətində müəyyən olunur.

8. Bağlanmış müqavilənin qiyməti (P0) dəyişdirilirsə aşağıdakı şərtlərə riayət olunmalıdır:

bağlanmış müqavilənin qiyməti (P0) yalnız ümumi artımın və ya azalmanın həcmi 2 faizdən artıq olduqda dəyişdirilə bilər;

bağlanmış müqavilənin qiyməti (P0) 10 faizdən çox dəyişdirilmir;

bağlanmış müqavilənin ilkin (və ya uzadılmış) müddəti bitdikdən sonra ona dəyişikliklər edilmir;

malgöndərənin (podratçının) səhlənkarlığı nəticəsində müqavilənin yerinə yetirilməsində yol verilən gecikmələrə görə bağlanmış müqavilənin qiyməti (P0) dəyişdirilmir. Satınalan təşkilat bu gecikmələrə görə müqavilənin qiymətini azaltmaq hüququna malikdir;

bağlanmış müqavilədə göstərilən valyuta təqdim edilmiş sənədlərə əsasən digər ölkələrin valyutasından fərqlənirsə, onların məzənnəsi müqavilə qiymətlərində dəyişikliklərin edilməsi tarixinə Azərbaycan Respublikası Milli Bankının müəyyənləşdirdiyi məzənnə əsasında hesablanır;

bağlanmış müqavilə üzrə malgöndərənə (podratçıya) avans formasında ödənilmiş hissədə dəyişikliklər edilmir.