AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİ

QƏRAR
¹ 124
Bakı şəhəri, 2 avqust 2002-ci il

Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun nümunəsinin təsdiq edilməsi haqqında

«Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. «Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun nümunəsi» təsdiq edilsin (əlavə olunur).

2. «Tenderin nəticəsi haqqında tender komissiyasının protokolunun nümunəsi»nin və «Yekun müqaviləsinin nümunəsi»nin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 12 may tarixli 87 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri A.Rasi-zadə





Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 2 avqust tarixli 124 nömrəli
qərarı ilə təsdiq edilmişdir

Tenderin nəticələri haqqında tender komissiyasının
yekun protokolunun nümunəsi

«Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.5-ci maddəsinə uyğun olaraq dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasında tərtib olunur

Satınalan təşkilatın adı

Ünvanı

Tenderin nəticələri haqqında tender komissiyasının
yekun protokolu


_________________ şəhəri (rayonu) N____ tarix ______________

1. Satınalınan malların (işlərin və xidmətlərin) adı,

miqdarı (həcmi, çəkisi və ya digər ölçü vahidi göstərilməlidir)

(satınalınan mallar (işlər və xidmətlər) lotlara bölünübsə, tender komissiyasının yekun protokolu hər lot üzrə ayrıca tərtib olunur)

2. Satınalınan malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti

(manatla və ya digər valyuta ilə göstərilməlidir).

3. Satınalmanın metodu

4. Tender komissiyasının yaradılması haqqında qərarının ___________________ tarixi _________ nömrəsi, satınalan təşkilatın rəhbəri və ya onun vəzifələrini icra edən şəxs


Tender komissiyasının tərkibi Soyadı, adı, atasının adı İş yeri və vəzifəsi
Sədr
Üzvləri

5. Tender haqqında elanın dərc olunması: yerli mətbuat orqanının adı_________________elanın tarixi____________________ beynəlxalq mətbuat orqanının adı______________________elanın tarixi _________

6. Fərdi dəvətlərin göndərilməsi haqqında məlumat:

N Malgöndərənin (podratçının) adı Ölkəsi, ünvanı, bank rekvizitləri Fərdi dəvətlərin göndərilmə tarixi və qeydiyyat nömrəsi

7. Tenderdə iştirak haqqının məbləği _____________________________ manat, ödənilən iştirak haqlarının ümumi məbləği _______________________ manat

8. Tenderin xərcləri ____________________________ manat, o cümlədən təyinatları üzrə:

a) manat
b) manat
c) manat

9. Tenderin əsas şərtlər toplusunu almış və tender təklifləri vermiş malgöndərənlər (podratçılar) haqqında məlumat:

N Malgöndərənin (podratçının) adı Ölkəsi, ünvanı, bank rekvizitləri Tenderin əsas şərtlər toplusunun alındığı tarix Tender təklifinin təqdim olunduğu tarix və vaxt

10. İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi üçün tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş meyarlar və onların nisbi qiyməti

a) iddiaçının ixtisasuyğunluğunu müəyyənləşdirən meyarlar

N Kəmiyətlə qiymətləndirilən meyarların adı Meyarın nisbi qiyməti

b)tender təklifinin texniki və maliyyə göstəriçilərini əks etdirən meyarlar

N Kəmiyətlə qiymətləndirilən meyarların adı Meyarın nisbi qiyməti

11. Yerli istehsalçıların tender təkliflərinin xeyrinə tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş güzəştli düzəliş ________

12. Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilməsinin nəticələri (əgər belə prosedur aparılıbsa)

N Qiymətləndirilmədə tətbiq olunan meyarların adı Meyarın nisbi qiyməti Tender komissiyasının malgöndərənlərə (podratçılara) meyarlar üzrə müəyyənləşdirilmiş qiymət
Cəmi

13. Tender zərflərinin açılış vaxtı

__________________ tarixi __________________ saatı

Tenderin zərflərinin açılış vaxtı dəyişdirilibsə, əsası göstərilməklə, yeni vaxtın

__________________ tarixi

__________________ saatı

14. Tender zərflərinin açılışında, iddiaçıların tender təkliflərinə dair elan olunmuş məlumatlar

N İddiaçının adı Tender təklifinin qiyməti Alternativ təklifin qiyməti Tender təklifində verilmiş güzəştlər

15. Malgöndərənlərin (podratçıların) tender təkliflərinin formal tələblərə uyğunluğu:

N Formal tələblərə dair meyarlar Əsas şərtlər toplusunun tələbləri 1-ci mal göndərənin adı 2-ci mal göndərənin adı 3-cü mal göndərənin adı və s.
1 2 3 4 5 6 7
1. Tender təklifinin qüvvədə olma müddəti
2. Tender təklifinin təminatının mövcudluğu hə/yox (qısa xülasə) hə/yox (qısa xülasə) hə/yox (qısa xülasə)
3. Tender təklifinin təminatının qüvvədə olma müddəti
4. Tender təklifinin təminatının məbləği
5. Malgöndərənin (podratçının) səlahiyyətli olduğu
6. Tender təklifinin tamlığı
7. Əsas şərtlər toplusunda müəyyən olunmuş digər formal tələblər və tender təkliflərinin belə tələblərə uyğunluğu barədə məlumat

16. Tenderin əsas şərtlər toplusunun formal tələblərinə cavab verməyən tender təkliflərinin kənarlaşdırılmasının əsasları

N İddiaçının adı Kənarlaşdırmanın əsasları

17. Bütün tender təklifləri kənarlaşdırıldığı halda, belə qərarın Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən təsdiq olunması haqqında məktubun tarixi ______________ nömrəsi ____________


19. Tender təkliflərinin müqayisəsi və qiymətləndirilməsinin nəticələri:

N Qiymətləndirmə meyarları nisbi qiyməti Malgöndərənin (podratçıların) adları və meyarlar üzrə alınan qiymətləri

20.Tender nəticələri üzrə birinci, ikinci və üçüncü yerləri tutmuş iddiaçılar haqqında məlumat

Yerlər İddiaçının adı Təklifin qiyməti İddiaçılar arasında yerlərin bölüşdürülməsinin əsası
1-ci yer
2-ci yer
3-cü yer

21. Tender təklifləri tender predmetinin tam həcmdə icrasını təmin etmədikləri halda tender predmetinin iki və ya daha çox iddiaçılar arasında bölünməsi haqqında tender komissiyasının qərarı və bu qərarı əsaslandıran səbəblər


22. Satınalma müqaviləsinin yerinə yetirilməsi təminatının əsas şərtlər toplusunda nəzərdə tutulmuş məbləği (faizlə) ________

23. Əsas şərtlər toplusunda nəzərdə tutulmuş avans ödənişinin məbləği (faizlə) _______

24. Avans ödənişinə görə təminatın məbləği (faizlə)__________

25. Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı ilə əlaqədar risklərin sığortalanmasına dair məlumat


26.Tender prosedurasının dayandırılması haqqında məlumat: dayandarılma müddəti______________ gün. əsası

27.Tender prosedurasının ləğv olunması haqqında məlumat: ləğv olunma tarixi

əsası

28.Daxil olan şikayətlər və onların baxılmasının nəticələri barədə məlumat

29. Tender komissiyasının işinə cəlb olunan ekspertlər _____________________ (soyadı, adı, atasının adı)

Tender komissiyasının sədri


(adı, soyadı atasının adı) (iş yeri və vəzifəsi) (imzası)

Tender komissiyasının üzvləri

(Tender komissiyasının yekün protokolu tender komissiyasının bütün üzvləri tərəfindən imzalanır, qərarla razı olmayan komissiyanın üzvləri xüsusi rəylərini protokolda qeyd edirlər)

(adı, soyadı atasının adı) (iş yeri və vəzifəsi) (imzası)

Tender komissiyasının qərarı ilə razılaşmayan tender komissiyası üzvlərinin xüsusi rəyləri:


QEYD:

1. Tenderin nəticəsi haqqında tender komisiyasının yekun protokolunun sürəti onun imzalanmasından sonra 3 (üç) bank günü ərzində Satınalmalar üzrə Dövlət Agentliyinə rəsmi sürətdə təqdim olunur.

2. Tender komissiyasının yekun protokolu satınalan təşkilata tender təkliflərinin qiymətləndirilməsi və muqayisəsi nəticəsində birinci yeri tutmuş malgödərən (podratçı) ilə satınalma müqaviləsinin bağlanmasına əsas verir.

3. Tender qalibinin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində satınalma müqaviləsini imzalamaması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir, tender təklifinin təminatının qaytarılmaması ilə nəticələnir. Belə hallar mövcud olduqda Satınalmalar üzrə Dövlət Agentliyinə əlavə məlumat verilməlidir.