| ¹ İ - 124 | 22 iyul 2002-ci il |
«Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyən edilmiş məbləğdən yuxarı olduqda, onun satın alınmasının açıq tender üsulu ilə aparılması haqqında», «Satınalan təşkilat tərəfindən mövcud bazarı olan və ehtimal olunan qiymətinin müəyyənləşdirpilmiş minumum məbləğdən aşağı olan malların (işlərin və xidmətlərin satın alınması üçün kotirovkalar sorğusundan istifadə edə bilməsi haqqında» və «Satınalmada yalnız yerli magöndərənlərin (podratçıların) iştrak etdiyi və ya satın alınan xidmətlərin ümumi qiymətinin müəyyənləşdirilmiş məbləğdən çox olmadığı hallar istsna olmaqla, bildirişin həmçinin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi haqqında» Qaydaların təsdiq edilməsi barədə
«Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun 17.1, 20.1, 41.2-ci maddələrini və «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli 668 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə ƏMR EDİRƏM:
1. «Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyən edilmiş minimum məbləğdən yuxarı olduqda, onun satın alınmasının açıq tender üsulu ilə aparılmsı haqqında», «Satınalan təşkilat tərəfindən mövcud bazarı olan və ehtimal olunan qiymətinin müəyyənləşdirilmiş minimum məbləğdən aşağı olan malların (işlərin və xidmətlərin) satın alınması üçün kotirovkalar sorğusundan istifadə edə bilməsi haqqında» və «Satınalmada yalnız yerli magöndərənlərin (podratçıların) iştrak etdiyi və ya satın alınan xidmətlərin ümumi qiymətinin müəyyənləşdirilmiş məbləğdən çox olmadığı hallar istsna olmaqla, bildirişin həmçinin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi haqqında» Qaydalar təsdiq edilsin.
2. Vergi Siyasəti və Gəlirlər Baş idarəsi və Milli İqtisadiyyatın Maliyyəsi Baş İdarəsi büdcədən maliyyələşən təşkilatlara bu əmrlə bağlı məlumat verilməsini təmin etsinlər.
| Azərbaycan Respublikasının | Maliyyə Naziri | Ə.ƏLƏKBƏROV |
| «Dövlət qeydiyyatına alınmışdır»: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Qeydiyyat ¹ 2899 «16» avqust 2002-ci il Nazir_______________F.Məmmədov | «Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Maliyyə Nazirliyində Əmr ¹ i – 124 «22» iyul 2002-ci il Nazir______________Ə.Ələkbərov |
«Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyən edilmiş minimum məbləğdən yuxarı olduqda, onun satın alınmasının açıq tender üsulu ilə aparılmsı haqqında», «Satınalan təşkilat tərəfindən mövcud bazarı olan və ehtimal olunan qiymətinin müəyyənləşdirilmiş minimum məbləğdən aşağı olan malların (işlərin və xidmətlərin) satın alınması üçün kotirovkalar sorğusundan istifadə edə bilməsi haqqında» və «Satınalmada yalnız yerli magöndərənlərin (podratçıların) iştrak etdiyi və ya satın alınan xidmətlərin ümumi qiymətinin müəyyənləşdirilmiş məbləğdən çox olmadığı hallar istsna olmaqla, bildirişin həmçinin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi haqqında»
QAYDALAR1. Bu Qaydalar «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanunu və «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli 668 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanmışdır.
2. Dövlət satınalmalarının həyata keçirilməsi zamanı «Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyən edilmiş minimum məbləğdən yuxarı olduqda, onun satın alınmasının açıq tender üsulu ilə aparılmsı haqqında», «Satınalan təşkilat tərəfindən mövcud bazarı olan və ehtimal olunan qiymətinin müəyyənləşdirilmiş minimum məbləğdən aşağı olan malların (işlərin və xidmətlərin) satın alınması üçün kotirovkalar sorğusundan istifadə edə bilməsi haqqında» və «Satınalmada yalnız yerli magöndərənlərin (podratçıların) iştrak etdiyi və ya satın alınan xidmətlərin ümumi qiymətinin müəyyənləşdirilmiş məbləğdən çox olmadığı hallar istsna olmaqla, bildirişin həmçinin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi haqqında» Qaydalar dövlət satınalmaları zamanı iştrakçıların hərəkətlərini müəyyən edir.
3. Açıq tender üsulu ilə malların (işlərin və xidmətlərin) satın alınması zamanı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minumum məbləği 250,0 milyon manat həcmində müəyyən edilsin.
4. Satınalan təşkilat mövcud bazarı olan və ehtimal olunan qiyməti bu Qaydaların 3-cü bəndi ilə müəyyənləşdirilmiş minumum məbləğdən aşağı olan malların (işlərin və xidmətlərin) satın alınması üçün kotirovkalar sorğusundan istifadə edə bilər. Kotirovkalar sorğusu keçirilməli olan məbləğin minimum həddi aylıq vergi tutulmayan məbləğin 100 misli (10,0 milyon manat) həcmində müəyyən edilsin.
5. Satınalmada yalnız yerli malgöndərənlərin (podratçıların) iştrak etdiyi və ya satın alınan xidmətlərin ümumi qiymətinin məbləği 50,0 milyon manatdan çox olmadığı hallar istisna olmaqla, bildiriş həmçinin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilir.