|
Dövlət satınalmalarının təşkilində və keçirilməsində verilən suallar.
Sual: - «Malın, işin və ya xidmətin satın alınması məqsədilə keçirilmiş satınalma proseduru nəticəsində bağlanmış satınalma müqaviləsinin yerinə yetirilməsi müddətində, satınalan təşkilatla qalib gəlmiş iddiaçının fəaliyyətindən asılı olmayan səbəblərə görə müqavilənin qiymətində dəyişikliklərin əsasları haqqında bildirilməsi xahiş olunur».
Cavab: «Dövlət satınalmaları haqqında» Qanunun 51.1-ci maddəsinə uyğun olaraq satınalma müqaviləsinin yerinə yetirilməsi müddətində, satınalan təşkilatla qalib gəlmiş iddiaçının fəaliyyətindən asılı olmayan səbəblərə görə müqavilənin qiymətində dəyişikliklər edilməsi qaydaları tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmalı və dəyişikliklər yalnız bu şərtlər daxilində həyata keçirilməlidir. Qanunun 51.2-ci maddəsinə uyğun olaraq malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2002-ci il tarixli 165 №-li Qərarı ilə təsdiq olunmuşdur. Həmin qərar www.tender.gov.az İnternet səhifəsindən əldə oluna bilər.
Sual: - «Dövlət satınalmaları haqqında» Qanunun 33.1-ci maddəsinə
əsasən satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi
qiymətinin 1-5 faizinədək məbləğdə müəyyənləşdirir. Təminatın qüvvədə olma
müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.
Təminatın qüvvədə olma müddətinin nəzərdə tutulan müddətdən az olması halda
tender təklifinin kənarlaşdırılması üçün əsas hesab edilib-edilməməsi haqqında
bildirilməsi xahiş olunur».
Cavab: «Dövlət satınalmaları haqqında» Qanunun 36.3-cü maddəsinə uyğun olaraq satınalan təşkilat tender təklifmi yalnız o halda formal tələblərə uyğun hesab edə bilər ki, bu təklif tenderin əsas şərtlər toplusunda göstərilmiş bütün tələblərə cavab versin. Göstərilənlərə əsasən tender təklfınin qüvvədə olma müddəti əsas şərtlər toplusunda nəzərdə tutulan müddətdən az olduğu halda, satınalan təşkilat həmin iddiaçının tender təklifini kənarşlaşdıra bilər.
Bununla yanaşı, Qanunun 36.4-cü maddəsinə əsasən tender təklifində onun mahiyyətini dəyişdirməyən və ya tenderin əsas şərtlər toplusunda göstərilmiş xüsusiyyətlərdən, şərtlərdən və başqa tələblərdən əhəmiyyətli dərəcədə kənara çıxmayan xırda xətalar olduqda və ya tender təklifinin mahiyyətinə xələl gətirmədən aradan qaldırılması mümkün olan səhvlər və çatışmazlıqlar olduqda belə satınalan təşkilat həmin təklifə tender tələblərinə uyğun gələn təklif kimi baxa bilər.
Sual: - «Malların, işlərin və ya xidmətlərin satın alınması zamanı
təqdim edilmiş tender təklifinin nisbi qiymətləndirilməsi üçün tender təklifinin
qiymətinə, iddiaçının ixtisas uyğunluğunu müəyyənləsdirən meyarlara, tender
təklifinin texniki və maliyyə gostəricilərini əks etdirən meyarlara hansı bal
nisbətləri tətbiq edilir?
Cavab: «Dövlət satınalmaları haqqında» Qanunun 36.6-cı maddəsinə əsasən qalib gəlmiş tender təklifıni müəyyənləşdirmək üçün satınalan təşkilat qəbul edilmiş tender təkliflərini tenderin əsas şərtlər toplusunda göstərilmiş prosedurlara və meyarlara müvafıq surətdə qiymətləndirir və müqayisə edir. Satınalmalar üzrə Dövlət Agentliyi satınalan təşkilatlarda tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsini asanlaşdırmaq məqsədilə «Malların və işlərin dövlət satınalmaları üzrə tender təkliflərinə baxılması, onların qiymətlədirilməsi və müqayisəsinə dair» Metodiki təlimat hazırlamışdır. Qeyd olunan təlimat www.tender.gov.az İnternet səhifəsindən əldə oluna bilər.
Sual: - «Dövlət satınalmaları haqqında» Qanunun 11.1-ci maddəsinə
əsasən tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az
olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə
məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc
etdirir. Həmin Qanunun 11.5-ci maddəsinə əsasən tenderin davamından imtina və
ya bütün tender təkliflərinin, oferta və kotirovkalar rədd olunduğu halda
satınalan təşkilat həmin malların (işlərin və xidmətlərin) alınması üçün yeni
tender elan edə bilər və ya malların (işlərin və xidmətlərin) alınması üçün təcili
tələbat yarandıqda, Satınalmalar üzrə Dövlət Agentliyinin icazəsi ilə təkliflər
sorğusu keçirilə bilər. Satınalan təşkilat tərəfindən təkliflər sorğusu keçirilərkən
öncə qiymət təklifi təqdim etmiş iddiaçılara həmin təkliflər sorğusunda iştirak
etmək üçün dəvətin göndərilməli olduğu haqqında bildirilməsi xahiş olunur».
Cavab: «Dövlət satınalmaları haqqında» Qanunun 25-ci maddəsinə uyğun olaraq açıq tenderdən başqa satınalmaların digər metodlarında (o cümlədən təkliflər sorğusu) təkliflərin, ofertaların və kotirovkaların cəlb olunması üçün tender komissiyası tərəfindən kifayət qədər sayda (üçdən az olmamaq şərti ilə) potensial malgöndərənlərin (podratçıların) siyahısı tərtib edilir və onlara eyni vaxtda fərdi dəvət göndərilir. Bununla yanaşı, Qanunun 48-ci maddəsinə əsasən satınalan təşkilat bildiriş dərc edilməsini qənaət və səmərəlilik baxımından məqsədəuyğun saymadığı hallar istisna ohnaqla, təkliflərin verilməsinə maraq oyatmaq məqsədi ilə yerli və beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında bildiriş dərc etdirir.
Sual: - «Müəssisə tərəfindən keçirilən Açıq tenderdə iştirak etmək üçün
qiymət təklifi təqdim etmiş iddiaçıdan birinin tender təklifi tenderin əsas şərtlər
toplusunun formal tələblərinə cavab vermədiyindən kənarlaşdırıdıqda, həmin açıq
tenderin baş tutmuş hesab edilməsinin əsasları haqqında bildirilməsi xahiş
olunur».
Cavab: «Dövlət satınalmaları haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq, satınalan təşkilat tender təklifıni yalnız o halda formal tələblərə uyğun hesab edə bilər ki, bu təklif tenderin əsas şərtlər toplusunda göstərilmiş bütün tələblərə cavab versin. Tenderin əsas şərtlər toplusunda göstərilmiş hər hansı formal tələblərə cavab verməyən tender təklifı Qanunun 36.5.3-cü maddəsinə uyğun olaraq kənarlaşdırılır, əsas şərtlər toplusunun tələblərinə cavab verən digər tender təkliflərinin qiymətləndirilməsi davam etdirilir.
Dövlət satınalma prosedurları üzrə keçirilən müsabiqələrdə ədalətli rəqabət şərait təmin edilməli və dövlət vəsaitlərinin səmərəli xərclənməsi məqsədilə tenderdə iştirak edən malgöndərənlər (podratçılar) arasında qiymətlərin qaldırılmasma yönəldilmiş sövdələşmənin qarşısının aınnmasına xüsusi diqqət yetirilməlidir.
Sual: - «Tender prosedurası kimi müəyyən edilmiş vaxtda tender
komissiyasının üzvlərindən üzrlü səbəbdən dörddə üçündən az iştirak etdiyi halda
tender prosedurası vaxtını dəyişmək olarmı?
Cavab: «Dövlət satınalmaları haqqında» Qanunun 30.2-ci maddəsinə uyğun olaraq, satınalan təşkilat tender təklifləri verilməsinin son müddəti qurtaranadək tenderin əsas şərtlər toplusuna (o cümlədən tender prosedurunun keçirilməsi vaxtını) öz təşəbbüsü ilə və ya hər hansı malgöndərənin (podratçının) sorğusuna cavab olaraq dəyişiklik edə bilər. Bu barədə məlumat dərhal tenderin əsas şərtlər toplusunu almış bütün malgöndərənlərə (podratçılara) göndərilir. Dəyişikliklər malgöndərənlər (podratçılar) üçün məcburi qüvvəyə malikdir. Bununla yanaşı, tender komissiyası üzvlərinin komissiyanın işində iştirak etməməsinin səbəbləri araşdırılır və ehtiyac olduğu halda, satınalan təşkilat tender komissiyasının tərkibində lazımi dəyişiklik edir.
Sual: - «Xüsusi rəy ilə imzalanmış tenderin yekun protokolu satınalma
müqaviləsinin bağlanması üçün əsas olub-olmaması barədə bildirilməsi xahiş
olunur.»
Cavab: «Dövlət satınalmaları haqqında» Qanunun 37-ci maddəsinə uyğun olaraq tender komissiyası tərəfındən tenderin nəticələri haqqında yekun protokol tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi ilə razılaşmayan tender komissiyasının üzvləri öz xüsusi rəylərini təqdim edərək protokolu imzalamalıdırlar. Xüsusi rəy azlıqda qalanların ümumi rəyi, yaxud fərdi rəyləri şəklində tərtib edilə bilər. Təqdim olunan xüsusi rəydə (və ya rəylərdə) qaldırılan məsələlərə dair tender komissiyası digər üzvləri tərəfindən verilən izahat məqbul və əsaslandırılmış olduqda, bu barədə müvafıq məlumat xüsusi rəyi təqdim edən tender komissiyasının üzvünə rəsmi çatdırılmalıdır. Əks halda xüsusi rəyin tələblərinə uyğun müvafıq tədbirlər görüməlidir.
Sual: - Ehtimal olunan qiymət necə hesablanır?
Cavab: Ehtimal olunan qiymət hesablanan zaman müxtəlif mənbələrdən, o cümlədən müvafıq tələbatın ödənilməsi üçün əvvəlki dövrdə bağlanmış müqavilə qiymətindən, hal-hazırda bazarda mövcud olan qiymətlərdən, internet və ya sorğu vasitəsi ilə bir neçə malgöndərən (podratçıdan) əldə olunan qiymətlərdən istifadə olunmalıdır. Eyni zamanda tikinti işləri üzrə bazis qiymətlərdən və əmsallardan istifadə oluna bilər. Ehtimal olunan qiymət hesablanan zaman nəqliyyat xərcləri, sığorta xərcləri, vergilər, kömrük rüsumları və s. qiymətin yaranmasma təsir edən amillər də nəzərə alınmalıdır.
Sual: - Tender komissiyasının üzvləri kimlərdən ibarət olmalıdır və
hansı şəxslər tender komissiyasının üzvü ola bilməzlər?
Cavab: Tender komissiyasının sədri satınalan təşkilatın birinci şəxsi
istisna olmaqla vəzifəli şəxslərindən biri (məsələn, rəhbərin müavini)
təyin olunur. Tender komissiyasının üzvləri satınalan təşkilatın
hüquqşünaslarından, maliyyə-mühasibat işçilərindən, satınalma
müqaviləsinin icrası, eyni zamanda satın alınan malların (işlərin və
xidmətlərin) qəbul olunması, keyfıyyətinin yoxlanması ilə məşğul
olacaq mütəxəssislərindən ibarət olmalıdır. Satınalan təşkilatın
satınalma predmeti ilə bağlı müvafiq mütəxəssisləri olmadıqda
əlaqədar təşkilatların səriştəli nümayəndələri də daxil edilir. Bundan
əlavə tender predmetinin ehtimal olunan qiyməti 1.000.000 manat,
büdcədən maliyyələşdirilən təşkilatlarda isə 300.000 manatdan (digər
valyutalarla bu məbləğlərə ekvivalent məbləğdən) yüksək olduqda
tender komissiyasmın tərkibinə Maliyyə və Iqtisad İnkişaf
Nazirliklərinin nümayəndələri mütləq daxil edilməlidir.
Sual: - Tender təklifınin təminatı olmadıqda həmin təklifi vermiş
malgöndərən (podratçı) iddiaçı statusu almış hesab olunurmu?
Cavab: Bu halda həmin malgöndərən (podratçı) iddiaçı statusu almış
hesab olunur.
Sual: - İlin əvvəlində illik tələbatın ödənilməsi üçün müqavilə
bağlanmışdır. İlin son aylarında satın alınan mallara (işlərə və
xidmətlərə) tələbat artmışdır. Yeni yaranmış tələbatın ödənilməsi üçün
satınalmalar necə həyata keçirilməlidir.
Cavab: Bu halda Satınalmalar üzrə Dövlət Agentliyinin müvafiq
razılığı ilə müqavilədə mövcud qiymətləri saxlamaq şərti ilə
müqavilənin həcmi tələb olunan miqdarda artırıla bilər. Yaxud əlavə
tələbatın ödənilməsi üçün yeni müsabiqə həyata keçirilə bilər.
Sual: -Tender komissiyası üzvlərindən biri yekun protokolu
imzalamaqdan imtina edirsə hansı tədbirlər görülməlidir?
Cavab: Tender komissiyasının üzvü hər hansı bir əsas göstərmədən
yekun protokolu imzalamaqdan imtina edirsə, bu həmin şəxsin
«Dövlət satınalmaları haqqında» Qanunun 37.5-ci maddəsinin
tələblərini pozması kimi qiymətləndirilir. Belə halda bu hərəkət tender
komissiyası tərəfındən aktlaşdırılmalıdır.
Sual: -Dövlət büdcəsindən bir maddə üzrə 100.000 manat vəsait
ayrılmışdır. Tələbat üzrə ehtimal olunan qiymətin 98.900 manat
olduğu hesablanmışdır. Yekun protokolun ehtimal olunan qiymət
bəndində hansı məbləğ yazılmalıdır.
Cavab: Yekun protokolun ehtimal olunan qiymət bəndində
hesablanmış məbləğ - 98900 manat göstərilməlidir.
Sual: -Özəl şirkətlər «Dövlət satınalmaları haqqında» Qanuna uyğun
satınalmaları həyata keçirə bilərlərmi?
Cavab: Özəl şirkətlərin öz satınalmalarını «Dövlət satınalmaları
haqqında» Qanunun tələblərinə uyğun həyata keçirmələri məcburi
deyil. Lakin səmərəlilik və müsabiqənin ədalətli olması baxımından
özəl şirkətlər öz satınalmalarını müsabiqə əsasında «Dövlət
satınalmaları haqqında» Qanunun müddəalarına uyğun keçirmələri
tövsiyyə olunur.
Sual: -Tender komissiyası üzvlərinin mükafatlandırılması qanuna
uyğundurmu?
Cavab: Verilmiş tapşırığın lazımi səviyyədə yerinə yetirilməsinə görə
tender komissiyasının üzvlərinin mükafatlandırılması mümkündür.
Sual: -Tenderin əsas şərtlər toplusunda tender təklifınin təminatının
qüvvədə olma müddəti ən az 60 bank günü olması tələb edilmişdir.
Təqdim olunmuş tender təklifınin təminatının qüvvədə olma müddəti
59 bank günüdür. Bu təminatı məqbul hesab etmək olarmı?
Cavab: Tender təklifınin təminatının tələb olunan müddətdən bir-iki
bank günü az olması əhəmiyyətli dərəcədə kənara çıxmayan xırda xəta
kimi baxılır. Bununla da sualda göstərilən təminatı məqbul hesab
etmək olar.
Sual: -Təklifın təminatı növləri hansılardır?
Cavab: Təklifın təminatı bank zəmanəti, akkreditiv, qiymətli kağızlar,
nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri ola bilər. Təklifın təminatının hansı formada təqdim olunması əsas şərtlər toplusunda göstərilməlidir.
Sual: -Dünya bankının və digər beynəlxalq maliyyə institutlarının kreditləri ilə keçirilən tenderlərin nəticələri haqqında tender komissiyasının yekun protokollarının surəti Satınalmalar üzrə Dövlət Agentliyinə təqdim olunmalıdırmı?
Cavab: Bütün satınalma müsabiqələrinin, o cümlədən Dünya bankının və digər beynəlxalq maliyyə institutlarının kreditləri ilə keçirilən tenderlərin nəticələri haqqında tender komissiyasının yekun protokollarının surəti 3 (üç) bank günü ərzində Satınalmalar üzrə Dövlət Agentliyinə təqdim olunmalıdır.
Satınalmalar üzrə Dövlət Agentliyi |